Mixail Lomonosov
Mixail Vasilyeviç Lomonosov 19 noyabr 1711-ci il, Mişanin kəndi (indiki Lomonosov kəndi), Arxangelsk vilayəti, Rusiya imperiyası — 15 aprel 1765-ci il, Sankt-Peterburq, Rusiya imperiyası) — dünya səviyyəli birinci rus alimi-təbiətşünası, ensiklopedist, kimyaçı, fizik; vaxtilə fiziki kimyayaya indiki dövrün tərifinə çox oxşayan anlayış verib və fiziki-kimyəvi tədqiqatların geniş proqramını işləyib.[1][2][3][4]. Onun istiliyin molekulyar-kinetik nəzəriyyəsi indinin materiya quruluşu barədə təsəvvürlərin əsasını qoydu, onun sayəsində bir sıra fundamental fiziki qanunlar işləmək mümkün oldu.[5].Şüşə haqqında elmin əsasını qoyub.
O həmçinin astronom, cihaz nəzəriyyəçisi, coğrafiyaçı, metallurq, geoloq, şair, rəssam, tarixçi olub, müasir rus dilinin əsasını qoyub. Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkişafına dair bir sıra layihələr hazırlayıb.
Sonradan onun adı ilə adlandırılan Moskva Universitetinin təsisi təklifini irəli sürüb. venera planetinin atmosferinin mövcudluğunu kəşf edib.
M.Lomonosov özünün fəaliyyətində elmin bütün əsas sahələrini əhaətə edə bilib. Onları əsaslı şəkildə işləyib, dərinliyinə vara bilib. Onun elmi nəticələri hətta indi də müasir elmdə aktual olaraq qalır.[9]
Mixail Lomonosov ensiklopedik insan olduğundan beten məşğul olduğu elm sahələri üzrə ciddi tədqiqatlar apara bilib. Böyük rus şairi Aleksandr Puşkin onun haqqında yazırdı:
"Özünün böyük iradəsini və yüksək dərketmə qabiliyyətini ortaya qoyaraq Lomonosov təhsilin bütün sahələrini əhatə edə bildi.Elm yanğısı onun qəlbinin ehtirası idi.Tarixçi, natiq, mexanik, kimyaçı, mineraloq, rəssam, o bunların hamısını keçdi. Birinci olaraq Vətənin tarixinə baş vurdu, qanunlar işləyir, ..., fabriklər yaradır, rəssam kimi mozaika hazırlayır və ən əsası şeir dilinin mənbələrini hamıya göstərir." [10]
Alim isə bu barədə deyir: "Heç bir şübhə yoxdur ki, elm elmə kömək edir.Fizika kimyaya, riyaziyyat fizikaya, mənəviyyat elmi və tarix poeziyaya kömək edən kimi."[11]
1761-ci ildə apardığı tədqiqatlar zamanı böyük rus alimi Mixail Vasilyeviç Lomonosov Venera planetində atmosferin olduğunu aşkar etmişdir.[12]
XVIII əsrdə Rusiyada "Coğrafiyanın" inkişafında alimlərin də xüsusi əməyi olmuşdur. Əldə edilmış müəlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M.V.lomonosov (1711-1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbbəb oldu. Bu temini ilk dəfə Lomonosov işlətmışdir.O,həmçının Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir.
İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır. M.V.Lomonosov bu elmin inkişafının zəruriliyini göstərmiş və onun əsas istiqamətlərini vermişdir.
1756-cı ildə Lomonosov ilk dəfə fikir yürütmüşdür ki, təbiətdə hər hansı bir rəngi yaratmaq üçün 3 əsas rəngi (göy, qırmızı, yaşıl) müəyyən nisbətlə qarışdırmaq kifayətdir. Bununla da təsvirlərin kompüter kodlaşdırılması rəngin 3 komponentlik nəzəriyyəsinin əsasında qurulmuşdur.
Slots - Slots - Slots - JT Hub
YanıtlaSilJTG is home to over 서귀포 출장샵 30,000 slot machines, We have over 30 slots 안성 출장마사지 titles for you to 삼척 출장안마 play on. Play 전라남도 출장샵 free for fun or real cash, or for real money with JTG. 군산 출장마사지