10 Haziran 2017 Cumartesi

I Şah Abbas

                                        I Şah Abbas

Şah AbbasI Abbas Səfəvi və ya Böyük Şah Abbas (fars شاه عباس بزرگ27 yanvar 1571 – 19 yanvar 1629) — Mənşəcə Azərbaycan türklərindən olan böyük sərkərdə, dövlət xadimi. 42 il Səfəvi dövlətini idarə etmiş şah I Abbas (1587— 1629) Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri, şah I İsmayıldan sonra Səfəvilər sülaləsinin ən tanınmış nümayəndəsi olmuşdur. Avropada onu   «Böyük Abbas» adlandırırdılar                                   .I Abbas  

Həyatı

Şah I Abbas 1571-ci il yanvarın 29-da Heratda doğulmuşdu. Atası, şahzadə Məhəmməd Xudabəndə və anası Mazandaran valisi Mir Abdulla xanın qızı "Məhd-i ülya" kimi tanınan Xeyrənnisa Bəyimin[2] üçüncü oğlu idi. 1573-cü ildə atası şahzadə Məhəmməd Mirzə Şiraza vali təyin edildiyi üçün yaş yarımlıq Abbas Mirzə Herat valisi seçildi və Şahqulu Sultan Ustaclı onun lələsi təyin olundu. Uşaqlıq illərini Heratda keçirən Abbas Mirzənin ata və anası Şirazda olduğu üçün onun tərbiyəsi ilə bilavasitə lələsi məşğul oldu.
1578-ci ildə atası Məhəmməd Xudabəndə şah seçilən zaman Abbas Mirzə Herat valisi kimi vəzifəsini davam etdirdi. 1581-ci ildə Xorasanda olan Ustaclı və Şamlı əmirləri Əliqulu xan Şamlını xanlar xanı seçərək Abbas Mirzəni şah elan etdilər. Lakin Məşhəd hakimi Mürşüdqulu xan Ustaclı ilə döyüşdə Əliqulu xan məğlub edildi,[3]Abbas Mirzə isə Mürşiqdqulu xan tərəfindən ələ keçirilərək 1587-ci ilin oktya­brında Qəzvinin Cehelsütun sarayında 16 yaşında Səfəvi taxt-tacına əyləşdirildi.[4]
Daxili problemləri həll etmək üçün vaxt qazanmaq məqsədilə osmanlılarla danışıqlara başlayan Şah Abbas 1590-cı ildə İstanbul sülhünü imzalayaraq Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisi Osmanlılara verdi.
Səfəvi dövlətini düşmüş olduğu çətin vəziyyətdən qurtarmaq üçün Şah I Abbas üç mühüm vəzifəni həll etməli idi: İlk növbədə ölkədə daxili iğtişaşlara son qoyaraq nizam-intizam bərpa edilməli, maliyyə vəziyyətini yaxşılaşdıraraq güclü nizami ordu yaradılmalı və dövlətin itirilmiş ərazi bütövlüyü bərpa edilməli idi.
1601-1602-ci illər də Səfəvi şahı portuqallara qarşı hərbi əməliyyatlara başladı və İran körfəzinə çıxışları olan qalalar və Bəhreyn adaları ələ keçirildi.
Şah I Abbas dövlətinin tarixi sər­həd­lərini bərpa etmək, xüsusilə dövlət üçün böyük iq­ti­sadi əhəmiyyəti olan Azər­baycan ərazisini Osmanlı işğalından azad etmək üçün müha­ribəyə ciddi hazırlıq gördü. Onun keçirdiyi bütün islahatlar Osmanlı dövlətinin məğlub edil­məsi si­ya­səti ilə sıx bağlı olmuşdu. 1603-1607-ci illər Səfəvi-Osmanlı mü­ha­ribə­sin­də Səfə­vi­lərin Osmanlı ordusu üzərində qazandığı qələbələr nəticəsində Azər­baycan əra­zisi işğaldan tama­milə azad olundu. Osmanlı sultanı I Əh­məd və I Mustafanın itirilmiş əraziləri geri almaq məqsədilə Səfəvi dövlətinə qarşı baş­ladığı yeni mü­ha­ribələr uğursuzluqla sona yetdi. Şah I Abbas Os­manlı işğa­lından azad edilmiş əraziləri Səfəvi imperiyasının tərkibində saxlamağa nail ol­du. Osmanlı dövləti ilə imzalanmış İstanbul (1612) və Mərənd (1618) sülhlərinə görə Osmanlı sultanı Amasya sülhünün (1555) şərtlərinin bərpasına razı oldu.
1622-ci ildə Şah I Abbas tərəfindən Qəndəhar bölgəsi Moğollardan, Hörmüz isə Portu­qaliyadan geri alındı. 1624-cü ildə Bağdadın Qızılbaş ordusu tərəfindən ələ keçirilməsi ilə Səfəvi imperiyasının keçmiş sərhədləri bərpa edildi. Şah I Abbas 1626-1629-cu illərdə Osmanlı dövləti ilə apardığı müharibədə mühüm uğur qaza­naraq Ərəb İraqını öz əlində saxlamağa nail oldu.
Görkəmli Səfəvi hökmdarı 1629-cu il yanvarın 19-da Fərahabadda vəfat etmiş və Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunmuşdur.

Şah Məhəmməd Xudabəndə hakimiyyətinin son dövrü və I Şah Abbasın hakimiyyətə gətirilməsi

XVI əsrin son rübündə Şah İsmayılın yaratdığı və Osmanlı imperiyasının sərhədlərindən Hindistana qədər uzanan böyük Səfəvi dövləti ağır böhran içində idi. Taxt-tac kor, iradəsiz və zəif xarakterli Şah Məhəmməd Xudabəndənin əlində idi.[5] Dövlətə faktiki rəhbərliyi onun arvadı Məhdi Ülya ləqəbli Xeyrənnisa bəyim [6] və oğlu, osmanlılar üzərində bir sıra parlaq qələbələr qazanmış bacarıqlı sərkərdə Həmzə Mirzə edirlər. Onlar demək olar ki, tam müstəqil olan və bir-birləri ilə daima qanlı düşmənçilik yeridən əmirlərin – qızılbaş tayfaları başçılarının üzərində özlərinin mərkəzi idarəçiliklərini qurmaq üçün uğursuz siyasət yeridirlər.[7]
Xəzinə talanmış, xalq soyulmuşdu.[8] Ölkədə vəziyyətin ağırlığından istifadə edən Osmanlı imperiyası və Krım tatarları tez-tez Şirvan və Azərbaycan üzərinə yürüşlər edirlər.[9] Aparıcı qızılbaş əmirləri ilə Məhdi Ülya arasındakı münasibətlərin gərginləşməsi də qüvvələri müdaxiləçilərə qarşı səfərbər etməyə maneçilik törədirdi. Şahın xanımını türk əmirlərinin hüquqlarını tapdamaqda və rəhbər vəzifələrə fars əyanlarını irəli çəkməkdə ittiham edirlər.[10] Nəhayət, zara gələn əmirlər sui-qəsd təşkil edərək, Məhdi Ülya və onun anasını elə hərəmxanada qətlə yetirir [11] və yenidən ölkənin tamhüquqlu sahiblərinə çevrilirlər.
Bu zaman Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas Mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Səfəvi dövlətindəki qarışıqlıqdan istifadə edən Əliqulu xan Qəzvində yerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir.[12] Üsyançılar Əliqulu xan Şamlını özlərinin başçısı – "xanlar xanı" elan edirlər. Bundan sonra 1581-ci ildə Xorasan əmirləri şahzadə Abbası şah elan edirlər . Onun müttəfiqləri Mürşüdqulu xan Ustaclı və Qubad xan Qacar idi[13] Sonradan əvvələr müttəfiq olan Şamlı və Ustaclı tayfaları arasında mübarizə kəskinləşir və Mürşüdqulu xan Ustaclı bu mübarizədən qalib çıxır.[14]
Bu vaxt Qəzvin faktiki hökmranlıq Həmzə Mirzənin əlində idi. O, Osmanlı türklərinin və Krım tatarlarının da bir neçə hücumunu dəf etmişdi. 1585-ci ildə osmanlılar Təbrizi ələ keçirirlər.[15] Şəhərdəki binaları, məscidləri, sarayları yerlə-yeksan edir, əhalini süngüdən keçirirlər. Çiçəklənən Təbriz Yaxın Şərqdə özünə tay-bərabər tanımayan bir ictimai-mədəni mərkəzdən ölü şəhərə çevrilir.[16]
Həmzə Mirzənin siyasətindən narazı qalan qızılbaş sərkərdələri ona sui-qəsd hazırlayıb, Xoydan olan bir erməninin əli ilə Həmzəni aradan götürürlər. Bu hadisə 10 dekabr 1586-cı ildə, Gəncə yaxınlığında, böyük Azərbaycan şairi Nizaminin indiki məqbərəsi yerləşən ərazidə osmanlılarla aparılan sülh danışıqları zamanı baş verir. Şahzadənin ölümündən və saraydakı başıpozuqluqdan istifadə eləyən osmanlılar hücumlarını genişləndirərək, az qala bütün Azərbaycanı işğal edirlər. Eyni zamanda özbəklər də Xorasan üzərinə yeriyirlər[17] və Şah Məhəmməd Xudabəndə 1587-ci ildə Qəzvinə daxil olan Abbas Mirzə oktyabr ayının 3-də şah elan olunur.

Şah Abbasın həyata keçirdiyi islahatlar

Şah Abbasın Qızılbaş əyanları ilə keçirdiyi ilk müşavirə göstərdi ki, ölkəni məhv olmaq təhlükəsindən qurtarmaq üçün güclü ordu yaradılmalı, ölkədə sabitlik bərpa edilməlidir. Buna nail olmaq üçün islahatlar keçirilməli, iqtisadiyyatın tərəqqisinə xüsusi diqqət verilməlidir. Hatəm bəy Ordubadi ilə birlikdə islahatlar planı hazırlayan Şah I Abbas onları həyata keçirməyə başladı. Şah I Abbas daxili problemləri həll etmək üçün vaxt qazanmaq məqsədilə osmanlılarla danışıqlara başladı. 1590-cı ildə tərəflər arasında imzalanan İstanbul sülhünün şərtləri Səfəvilər üçün çox ağır oldu: Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisi Osmanlılara verildi.
1593-cü ildə ilk dəfə təntənəli şəkildə Ərdəbilə gələrək Qızılbaşların nəzarətində qalan Azərbaycan vilayətləri – Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac, Lənkəran, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan bəylərbəyiliyində birləşdirildi. Bu bəylərbəyiliyə Zülfüqar xan və Fərhad xan Qaramanlı qardaşları növbə ilə başçılıq etdilər. 1595-ci ilə qədər bəylərbəyiliyin qoşununun sayı 10 minə çatdırıldı və "Azərbaycan qoşunu" adlandı. Beləliklə, Şah I Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun "vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı".
Səfəvi dövlətini düşmüş olduğu çətin vəziyyətdən qurtarmaq üçün Şah I Abbas üç mühüm vəzifəni həll etməli idi: İlk növbədə ölkədə daxili iğtişaşlara son qoyaraq nizam-intizam bərpa edilməli, maliyyə vəziyyətini yaxşılaşdıraraq güclü nizami ordu yaradılmalı və dövlətin itirilmiş ərazi bütövlüyü bərpa edilməli idi.
Şah I Abbas dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə yüksək dövlət vəzifələrinə irəli çəkilən bütün şəxslərdən peşkəş adı ilə xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. Etimadüd-dövlə (baş vəzir) təyin olunmuş və sonralar böyük dövlət xadimi kimi şöhrət qazanmış Hatəm bəy Ordubadi dövlət mədaxili və məxaricinin siyahısını tərtib etməyə başladı. Bu siyahı, İskəndər Münşinin dediyinə görə, onun xələfləri dövründə başa çatdırıldı və ali hakim dəftər­xa­nasının qayda-qanununa çevrildi.
1598-ci ildə Səfəvi şahı dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən İsfahana köçürdü. Bu dövlətin mərkəzi vilayətlərinin inkişafı üçün zəmin yaratdı.
Şah Abbasın həyata keçirdiyi islahatlar nəticəsində ölkə daxilində siyasi sabitlik bərpa edildi. Daxili sabitliyin yaranması sosial-iqtisadi və inzibati islahatlar keçirməyə imkan verdi. Keçirilmiş maliyyə tədbirləri dövlətin xəzinəsini zənginləşdirdi, məhsuldar qüvvələr canlandı. Səfəvi dövləti sosial-iqtisadi və siyasi cəhətdən xeyli möhkəmləndi. Həyata keçirilən hərbi islahatlar nəticəsində Qızılbaşlardan, qulamlardan, tüfəngçilərdən və artilleriyadan ibarət müxtəlif dərəcəli qoşun növləri təşkil olundu. Hərbi-köçəri qızılbaş əyanlarının müqaviməti qırıldı. Azərbaycan türk­lərindən ibarət qızılbaş süvari dəstələri yenidən bərpa edildi. Nəticədə odlu silahlarla təchiz edilmiş 116 minlik güclü nizami ordu yaradıldı.

I Şah Abbasın mərkəzi hakimiyyəti möhkəmlətməsi

Taxtda möhkəmlənməmiş təzə şah 12.000 nəfər müsəlmanlığı qəbul etmiş gürcünü sarayda işə götürür və hərbi və mülki inzibati idarəçiliyin islahatına başlayır.
Hadisələrin iştirakçılarından biri Oruc bəy Bayatın yazdığına görə, elə birinci gün, yeni hökmdara sədaqət andiçməsi mərasimi bitən kimi I Şah Abbas əmr etdi ki, ertəsi gün bütün xanlar və qoşun başçıları silahsız, mülki geyimdə saraya gəlsinlər. Şah onlarla Divan, yaxud Dövlət şurası təşkil etmək barədə məsləhətləşmələr aparmaq istəyir. Səhəri gün hamı əmrə müntəzir olarkən şah Abbas özünün gürcülərdən ibarət qvardiyasına tapşırır ki, sarayın və onun qarşısındakı meydanın bütün giriş və çıxış qapılarını bağlasınlar. Sonra şah yığışanlara belə bir sualla müraciət edir: "Öz şahzadəsini qətlə yetirən adam hansı cəzaya layiqdir?" hamı bir ağızdan belə rəy söyləyir ki, şahzadəsini qətlə yetirmiş təbəə öldürülməlidir. Bu hökm çıxarılan kimi, şah Abbasın işarəsi ilə gürcülər bir göz qırpımında içəridə olan qəsdçilərin boğazına çökür və nizələrə keçirilmiş 22 baş sarayın pəncərələrindən çölə çıxarılır ki, xalqa görk olsun.[21][22] Bundan sonra on beş yaşı təzəcə tamam olmuş hökmdar hökumət naibi vəzifəsinə iddia eləyən Mürşidqulu xan Ustaclını da qətlə yetirərək, ölkədəki bütün hakimiyyəti qətiyyətlə öz əlinə alır.

Siyasi vəziyyət


Azərbaycan osmanlıların işğalı altında idi. XorasanMərvHeratMəşhəd və Nişapur şəhərləri isə özbəklər tərəfindən tutulmuşdu. Ölkənin daxili vilayətləri mərkəzi hakimiyyətin tabeçiliyindən çıxıb. Bunun qarşısını almaqdan ötrü Şah Abbas, bir sıra hərbi və mülki islahatlar keçirir. Oruc bəy Bayat yazırdı: "İndi bizim ölkədə Fars əyalətlərinin hamısında tanınan və sayılan və bizdə də böyük nüfuza malik olan 32 nəcabətli sülalə var".[24] Hərbçilərin və saraya yaxın əyanların da rütbələrini bildirən sözlər bunlar idi - xan, bəylərbəyi, qızılbaş, qullar, eşik ağasıbaşı, qorçu, qorçubaşı, yasavul, kanuqibaşı, çalçıbaşı və başqaları. Azərbaycan hələ də ölkənin aparıcı inzibati vahidi sayılır və Azərbaycan hakimi taxt-tacın varisi, eyni zamanda ordunun baş komandanı hesab olunurdu.
Qəzvində möhkəmləndikdən sonra şah Abbas özünün çoxsaylı yürüşlərindən birincisinə çıxır. Qısa bir müddətdə Xorasanı özbəklərdən təmizlədikdən sonra o, doğma Azərbaycanı azad etməyə can atır. Ancaq bunun üçün vaxt lazım idi. 1590-cı ildə həmin məqsədlə şah Abbas Osmanlılarla sülh müqaviləsi imzalayır. Bu vaxta qədər onun səyləri ilə işğal altında olan torpaqlarda üsyankar hərəkətlərin qarşısı müvəqqəti olaraq alınır. Misal üçün, osmanlılarla müqavilə bağlanan ərəfədə Məhəmməd xan Ziyadoğlu Qacarın başçılığı altında qızılbaş qacarlar Qarabağı tutur və Gəncəni mühasirəyə alırlar. Osmanlıların xahişi ilə şah Abbas onları dilə tutaraq, Gəncəni mühasirədən çıxarır.[25]
Sülh müqaviləsinə əsasən, ölkənin böyük bir hissəsi, o cümlədən, ŞirvanQarabağTəbriz Sərab Marağa və ona yaxın ərazilər osmanlılarda qalırdı.[26] Şah Abbas öz tabeçiliyində qalmış torpaqları vahid bir inzibati ərazi kimi ümumilikdə "Azərbaycan" adlandırırdı. XVI əsrin tanınmış tarixçisi İsgəndər bəy Münşinin yazdığı kimi, şah Abbas Səfəvilərin irsi malikanələri olan torpaqlarını qoruyub saxlamışdır. Azərbaycanın paytaxtı Ərdəbil elan olunur. Azərbaycanın birinci bəylərbəyisi isə 1592-ci ildə Zülfüqar xan Qaramanlı təyin olunur. Nəhayət, bundan sonra şah Abbas özü təntənəli şəkildə Ərdəbilə girir. 1598-ci ildə şah Abbas ölkənin paytaxtını nisbətən mərkəzdə yerləşən İsfahana köçürür.

Şah Abbasın xarici siyasəti[redaktə | əsas redaktə]

Ulu babası Şah İsmayılın xarici siyasət xəttinə sadiq qalan Şah I Abbas fəal xarici siyasət yürüdərək Avropa ölkələri və Rusiya ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, itirilmiş əraziləri geri qaytarmağa lazımi köməklik göstərmələri üçün Qərb dövlətləri ilə hərbi-siyasi danışıqları gücləndirdi. O, Venesiya, Almaniya, İspaniya, Roma papası, İngiltərə və Moskva knyazlığı ilə diplomatik əlaqələr yaratmaq məqsədilə danışıqlara başladı. Almaniya və İspaniya hökmdarları Osmanlı dövlətinə qarşı başla­nacaq müharibədə Səfəviləri dəstəkləyəcəklərini vəd etdilər.
XVI əsrin sonunda Şah Abbas fəal xarici siyasət yürütməyə başladı. Bu dövrdə Səfəvilər dövlətinin xarici siyasətini üç əsas istiqamət təşkil edirdi: öz şimal-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Şeybanilər dövlətinindən Xorasanı geri almaq; 1578-1590-cı illər müharibəsi nəticəsində Osmanlı imperiyası tərəfindən işğal olunmuş Səfəvi torpaqlarını geri almaq; Fars körfəzində Portuqaliyanın hegemoniyasına son qoymaq və Hind okeanına çıxış əldə etmək. Bu məqsədlərin birincisindən başlayan Şah Abbas Şeybaniləri məğlub edib /29.VII. 1599/ Xorasanı yenidən Səfəvilər dövlətinə birləşdirdi.[28]
Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixində Uzun Həsəndən sonra məhz Şah Abbasın dövründə Qərb ölkələri ilə ən sıx əlaqələr yaradılmışdır. Bu zaman Səfəvi-Avropa münasibətləri yeni, əvvəlki dövrlərlə müqayisə olunmayacaq miqyasda idilər. Qərb mənbələrində Şah Abbasın səfirlərinin Venesiya Respublikasının, Papalıq və digər İtaliyan dövlətlərinin sayarlarında, eləcə də Almaniya, İspaniya, İngiltərə, Hollandiya Respublikası, hətta İsveç və Norveç və digər Avropa ölkələrində diplomatik danışıqlar apardıqları barədə maraqlı məlumatlar vardır. Qərb ölkələrinə ezam olunan Səfəvi diplomatlara tapşırılırdı ki, iki əsas məsələ ilə məşğul olsunlar: birincisi, Avropa ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi haqqında müqavilələrin imzalanması, ölkənin əsas sərvətini təşkil edən xam ipəyin əlverişli şərtlərlə ixracını təmin etmək və ikincisi, Avropada anti-türk koalisiyasını yaratmaq.

Şah Abbasın şəxsiyyəti


Dövrünün tanınmış sərkərdəsi və dövlət xadimi olan Şah I Abbas xalqın yaddaşında keçirdiyi islahatları, uğurlu hərbi əməliyyatları, köçürmə siyasəti ilə bərabər apardığı geniş quruculuq işləri ilə də qalmışdır. Onun dövründə müharibədən əziyyət çəkən bölgələrin iqtisadiyyatı qısa müddət ərzində bərpa edildi, əhali müəyyən vergilərdən azad olundu və dağıdılmış şəhərlər yenidən bərpa edildi.
Əksər farsdilli mənbələr təsdiq edir ki, güclü iradə sahibi olan Şah I Abbas dövrünün ən adil, ağıllı, qabiliyyətli hökmdarı və bacarıqlı həmlələr etməyi bacaran siyasətçisi olmuşdur. O, daxili iğtişaşlar və xarici müdaxilə qarşısında məhv olmaq təhlükəsi qarşısında qalan Səfəvi dövlətini nəinki xilas etmiş, həmçinin ona ən qüdrətli dövrünü yaşatmışdır. Buna görə də, tarixçilər tərəfindən onun uzun sürən uğurlu hakimiyyəti Qanuni Sultan Süleymanın dövrünə bənzədilmişdir.
Şah I Abbas ömrü boyu dövlətinin sərhədlərini genişləndirməyə çalışmışdır. Hətta ölümündən bir müddət əvvəl Fars bəylərbəyi İmamqulu xanla Xuzistan hakimininə Bəsrəni ələ keçirmək tapşırığını vermişdir.
Qeyd etmək lazımdır ki, dövrünün tarixçiləri Şah I Abbası cəsur, tədbirli, ədalətli, məntiqli, uzaqgörən siyasətçi, geniş dünya görüşə sahib olan bir şəxs kimi qiymətləndirirlər.
Şah I Abbas hərbi strateq kimi münaqişəni diplomatik yolla həll ediləcəkdisə, müharibəyə başlamağa tələsməz, problemi sülh yolu ilə həll etməyə üstünlük verərdi. Lakin müharibə başlanardısa mükəmməl komandan və strateq kimi döyüş meydanında ordusuna rəhbərlik edər, cəsur bir döyüşçü kimi özünü təhlükəyə atmaqdan çəkinməzdi. Əsgərlərinin qabiliyyətini sona qədər ortaya çıxarmağa çalışan Şah I Abbas qış mövsümündə belə hərbi yürüşlərə çıxardı.
O, İsfahanda Nəqşi Cahan meydanında xalq arasına qarışar və müxtəlif təbəqədən olan insanlarla söhbətlər aparardı. Şah I Abbasın başlıca məqsədi ölkədə nizam-intizamı və asayişi təmin etmək idi. Ölkənin yaxşı idarə olunması üçün hökmdarın güclü və verilən fərmanların vaxtında həyata keçirilməsinin vacib olduğunu daim söyləyirdi. O, verdiyi əmrlərin həyata keçirilməsində o dərəcədə qətiyyətli və güzəştsiz idi ki, hər kəs şahın əmrlərini ləngimədən həyata keçirməyə çalışırdı.
Şah I Abbas xalqın vəziyyətini yaxından öyrənmək üçün ya təkbaşına, ya da vəzirləri ilə birgə tərk-libas olaraq xalqın içində gəzərdi. O, Nəqşi-Cahan meydanını gəzən zaman çörəkçidən çörək, qəssabdan ət alaraq saraya dönmüş, onların çəkisi düz olmadığı üçün çörəkçi və qəssabı cəza­landırmışdı. O, hətta hərbi yürüşlər zamanı qaldığı şəhərlərdə xalq arasına çıxaraq yerli məmurların xalqa necə davrandığını araşdırardı. Şikayətlə qarşılaşdığı zaman şəhər hakimini dəyişərdi.
Şah I Abbasın sarayında olmuş avropalı səyyahlar onun xarici görkəmi, xarakteri və şəxsiyyəti ilə bağlı mühüm məlumatlar verirlər. İtalyan səyyahı Della Valle Əşrəf şəhərində şahı ilk dəfə gördüyündə onu “qartal burunlu, uzun bığlı, saqqalsız, qara qaşlı gənc” kimi təsvir etmişdi. O, orta boylu, yaşıl və təsirli gözlərə, qısa alına, incə çənəyə malik olmuşdur. Bir qayda olaraq sadə geyinər, yaşıl, qırmızı və qara rəngə üstünlük verərdi. Zinət şeylərindən istifadə etməzdi. Yalnız qılıncının qəbzəsi qızıldan idi.
Della Valle yazır ki, “Şah I Abbas sadəcə bir hökmdar deyil, eyni zamanda bir ata, bir müəllim və xalqının xilaskarıdır. Onlara torpaq, sürü hədiyyə etməkdən, ehtiyaclarını ödəmək məqsədilə pul paylamaqdan çəkinməzdi”. 
İsgəndər bəy Münşi Şah I Abbas haqqında yazır: “... O, son dərəcə hiddətli təbiət, odlu-alovlu xasiyyət, qüvvət, əzəmət, şövkət, cah-cəlal və padşahlıqla yanaşı, özündə olduqca mülayimliyi, yumşaqlığı, dərviş xarakterini və sadəliyi cəmləşdirmişdir. O, mülayim və həlim olduğu vaxtlarda saray adamlarına, nədimlərə, mülazimlərə və başqalarına o qədər təvazökar və məxsusanə tərzdə yaxınlıq göstərər və qaynayıb-qarışar ki, sanki, onlarla dost və qardaşdır. Lakin digər əhvalda olanda... onun mübarək alnında elə qəzəb əlamətləri parlayır ki, onunla həmsöhbət, yoldaş və həmdəm olmuş və ondan dostcasına, qardaşcasına və təvazökarcasına rəftar görmüş həmin adamların həddi və ixtiyarı olmur ki, azacıq cəsarət, cürət və ədəbsizlik kimi anlaşıla bilən bir nisbətsiz söz dilə gətirə bilsinlər”.
Şah I Abbasın yaxşı xüsusiyyətlərindən biri də “sədaqətlə bəzənmiş bütün mülazimlərə münasibətdə şəfqət və mərhəmət göstərməsi, halallıq və doğruluq tərzinə malik xidmətkarın və fədakarların hüquqlarını gözləməsi və onların könlünü xoş tutub hörmət bəsləməsidir”.
Şah I Abbas alimləri, şairləri himayə edərək onları qorumağa çalışırdı. O, özü də şeirlər yazırdı. O, bu müsbət keyfiyyətləri ilə yanaşı, iki oğlunu kor etdirməkdən və bir oğlunu da öldürməkdən çəkinməmiş hökmdardır. Məhz buna görə, hakimiyyətinin sonlarına doğru son dərəcə kədərli və hüznlü bir həyat yaşamışdır.
XIX əsrin görkəmli Azərbaycan tarixçisi, şair və ictimai xadimi Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixinə həsr etdiyi məşhur Gülüstani-İrəm əsərində şah Abbasın hakimiyyət dövrünə qiymət verərkən yazır:
"Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir çox mülki və əsgəri qanunlar, İran şahları üçün rəhbər olmuşdur. Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən Avropa tarixçiləri belə, bu elmi sevən padişaha “Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətlə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cümlədən, Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və fənndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir çox müşkül işləri həll etməklə məşğul olmasına baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail olub, gözəl təbi-şerə də malik idi [83][84]"

Şah Abbas Azərbaycan türkcəsinə də, önəm verirdi və sarayda türk (Azərbaycan) dilində danışmaq məcburi və zəruri idi. Pietro Della Valle may 1618-ci il tarixli məktubunda yazır:
“Şah mənim Türk dilini bilib bilmədiyimi soruşdu və sonra mənə, "Xoş gəldi, səfa gəldi" dedi. Əyləşmək üçün şahın iznini aldıqdan sonra Türk dilində səyahətimin səbəblərini və digər məsələlər haqqında məni sorğu-sual etdi. Mən qısa olaraq vəziyyətimlə bağlı məlumat verdim”[85]
Şah Abbasın xalq arasında populyarlığı o qədər yüksək olub ki, o, Azərbaycan nağıl və dastanlarının daimi qəhrəmanına çevrilmişdir.[86] O özü şerlər yazmaqla yanaşı alimlərə, həkimlərə, şairlərə və rəssamlara hamilik edirdi. Bircə faktı xatırlatmaq yetər ki, Azərbaycan mədəniyyətinin şairlərdən Məsihi və Saib Təbrizi, xəttat və rəssamlardan Sadıq bəy ƏfşarƏlirza Təbrizi, "İmad ül müluk" (dövlətin dayağı) adlandırılan Mir Məhəmməd Qəzvini kimi nümayəndələri onun sarayında çalışmışlar. Onun sarayında "çalçıbaşı"nın rəhbərlik etdiyi saray orkestri fəaliyyət göstərirdi. Abbasın "şah kitabxanasında" dini və dünyəvi məzmunlu hədsiz-hesabsız kitab saxlanırdı. Buranı "çiçəklənən kitabxana" adlandırırdılar. Kitabxananın kələntəri-rəhbəri əvvəlcə görkəmli Azərbaycan rəssamı, şair və tarixçisi "Kitabdar" ləqəbli Sadiq bəy Əfşar idi, ondan sonra isə bu vəzifəyə "Abbasi" titulu verilmiş və "Şah nəvaz" adlandırılan xəttat və şair Əlirza Təbrizi gətirildi. Əlirza Təbrizi bir müddətdən sonra, görünür, şah Abbasın İsfahanda ucaltdığı saray və məscidlərin işlənməsində yaxından iştirakı ilə əlaqədar onun ən yaxın adamlarından birinə çevrilmişdi. Həmin saray və binalar isə haqlı olaraq, Səfəvi memarlıq məktəbinin şedevrləri sayılır.
Şah Abbasın vaxtında İsfahan şəhəri yenidən planlaşdırılır. Düz və geniş küçələrdə gözəl saraylar, məscidlər, karvansaralar, yaşayış binaları, parklar salınır. Şəhərin mərkəzində öz əhatəsinə saray, park və şah məscidini alan irimiqyaslı düzbucaqlı formasında "şah meydanı" yaradılmışdı. 1616-cı ildə tikintisi başa çatdırılmış Şah məscidi dünyanın ən yaxşı memarlıq abidələrindən hesab olunur. Məscidin bütün binası müxtəlif rəngli minalı plitələrlə örtülmüşdür. Şah Səfi zamanında məscidə gümüşdən qapılar düzəldilmiş və bina mərmərlə üzlənmişdir. Meydanda hərbi oyun və paradlar keçirilir, habelə çovgən yarışları olurdu. Özünün planlaşmasına, binaların yerləşməsinə və hətta obyektlərin adlarına görə də həmin meydan Azərbaycanın digər paytaxt şəhərlərində Təbriz və Qəzvində salınmış "Şah Meydanları"nı təkrar edir. Həmin şəhərlərdəki kimi burada da "Şah məscidi", "Ali Qapı" sarayı, "Həşt behişt" sarayı, "Çehel Sütun " sarayı sarayları vardır.
İsfahanın yenidən qurulmasında əslən Azərbaycan türkü olan Şəmsəddin Məhəmməd TəbriziQasım TəbriziƏbdüllətif TəbriziƏlirza TəbriziMolla Abdulla Təbrizi və başqa memarlar, xəttatlar və inşaat ustaları yaxından iştirak etmişlər. Azərbaycandan köçürülmüş sənətkar və ustaların yaşamasından ötrü şah Abbasın əmri ilə xüsusi məhəllə salınmışdı.

Ailəsi[redaktə | əsas redaktə]

Həyat yoldaşlarıEvlilikDoğumÖlümMəlumat
Məhdi-AliyəQəzvin, Noyabr, 1587Mustafa mirzə Səfəvi (I Təhmasibin oğlu)
Oğlanpaşa xanımQəzvin, Noyabr, 1587Sultan Hüseyn mirzənin qızı
?Qəzvin, Noyabr, 1591Məhəmməd xan Abbasinin qızı
Fəxricahan bəyimİyun, 1597Kartli çarı VII Baqratın qızı
Fəxricahan bəyim?Kartli çarı I Simon ın qızı
Yaxşan bəyimİsfahan, 1 sentyabr 16021586Xanəhməd xan və Məryəm bəyimin qızı
Yelena BaqrationiGöycə Dəniz, 20 sentyabr 1604I Davidin qızı[87], 1614-cü ildə boşandı
?1607Rüstəm Dağıstaninin qızı
?1607Tabasaranlı Məsum xanın qızı
Leyla Fatma Sultan bəyim (əsl adı Tinatin Baqrationi)Sentyabr, 1605X Georginin qızı idi, 1614-cü ildə boşanmışdı.
?Gavdol, 6 iyul 1610Şeyx Heydər Mükrinin qızı idi
ÖvladlarıDoğumÖlümMəlumat
Məhəmməbağır Feyzi Mirzə15 sentyabr 158725 yanvar 1615Anası gürcü cariyə idi. Məşhəd valisi (1587-1588) və Həmədan valisi (1591-1592). Üç dəfə evlənmiş, övladları olmuşdur. Atasının əmri ilə öldürülmüşdür. Oğlu Səfidir.
Sultan Həsən Mirzə158818 avqust 1591Məşhəd valisi idi.
Sultan Hüseyn Mirzə26 fevral 1591?Gənc yaşında ölmüşdü.
Təhmasib Mirzə
Məhəmməd Xüdabəndə (Rövnəq Mirzə)18 mart 15911631Anası gürcü cariyə idi. Qəzvində doğulmuş, atasının əmrilə əvvəl kor edilib, sonra da edam edilmişdir. Övladı olmuşdur.
İsmayıl Mirzə6 sentyabr 160116 avqust 1613Məşhəddə basdırılmışdır.
İmamqulu Əmənulla Mirzə12 noyabr 16021632İsfahanda doğulmuş, atasının əmrilə əvvəl kor edilib, sonra da edam edilmişdir. Övladı olmuşdur.
Şahzadə bəyim1629Mir Möhsün Rzavi ilə evlənmiş, övladları olmuşdur.
Zibeydə bəyim4 oktyabr 158620 fevral 1632İsa xan Səfəvi ilə evlənmişdi.
Xanağa bəyimNəvvab Xəlifə Sultan Mirzə Abutalıb Maraşi ilə evlənmişdir
Həvva bəyimƏvvəlcə Mirzə Razi İsfahani, daha sonra isə Mirzə Rafiəddin Şəhristani ilə evlənmişdir.
Şahbanu bəyimMir Əbdül Əzim əl-Maraşi, daha ilə evlənmişdir
Mələknisa bəyimMirza Cəlal şəhristani ilə evlənmişdir.

1 yorum:

Ömər Xəyyam

                                 Ömər Xəyyam Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri  ( fars   عُمَر خَیّام نیشابوری ); ...