2 Haziran 2017 Cuma

Albert Eynşteyn

                               Albert Eynşteyn

Albert Eynşteyn (alm. Albert Einstein14 mart 1879UlmAlmaniya — 18 aprel 1955Nyu-CersiABŞ) — almannəzəriyəçi fəhlə, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı 1921-ci il, ictimai xadim. Almaniyada (1879—1893, 1914—1933), İsveçrədə (1893—1914) və ABŞ-da yaşayıb (1933—1955). Dünyanın 20-dən çox nüfuzlu universitetlərinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü (1926)
                                         Portret
Albert Eynşteyn 3 yaşına qədər danışa bilməmişdir. O ilk məktəb illərində. dərslərdə çox geridə qalmışdır. Həmişə müəllimləri onun valideynlərinə Albertdən şikayət etmişdir. 9-10-cu siniflərdə isə çox yaxşı oxumuşdur. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Bir qızı və iki oğlu dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1911-ci ildə Praqa Universitetində fizika professoru olur. 1912-ci ildə Sürix Universitetinə geri dönüb riyaziyyatçı Marsel Qrossman ilə birgə fəaliyyət göstərir. 1914-cü ildə Berlin Universitetində professor kimi çalışmağa başlayır. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-a köçür və Prinston Universitetində professor kimi çalişmağa başladı. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır.
İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Haim Ueytsman ilə Qüds Universitetində birgə çalışır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. "Xirosima" və "Naqasaki" faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dakı bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır.
Çalışmaları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında "Kopli Nişanı" (1925) və "Franklin Nişanı" (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatı na layiq görülür. Albert Eynşteyn 18 aprel 1955-ci ildə Prinstonda vəfat edir.
Nisbilik nəzəriyyəsi və xüsusilə, cisimlərin Kütlə və enerjinin ekvivalentliyi arasındakı məşhur E=mc² münasibətinə görə məşhurdur. 1921-ci ildə Nəzəri fizika elmində xidmətlərinə və ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Broun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Foton nəzəriyyəsi) və digər elmi tədqiqat işlərini göstərmək olar.
1999-cu ildə "Time" jurnalının keçirdiyi səs sorğularına əsasən "Əsrin adamı" və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görülmüşdür. Müasir günümüzdə "Eynşteyn" adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir.
İmzasıİmza


Uşaqlığı və onun təhsili

Ulmda dünyaya gələn Albert Enşteyn 1880-cı ildə ailəsi ilə birlikdə Münhenə köçmüşdür. Münhendə atası Herman Enşteyn və əmisi Cakob elektrik şirkəti qurdular. Anası Paulina Enşteyn istedadlı pianoçu idi. Onun özündən yaşca kiçik Maya adında bacısı var idi. Məktəbə getməzdən əvvəl danışmaqda çətinlik çəkdiyinə görə Alberti anası və atası həkimə aparmışdılar.
Albert Enşteyn üç yaşında olarkən
Dörd yaşında xəstə olarkən atası onu əyləndirmək üçün ona maqnitli kompas verir. Hətta bu yaşda kompasın əqrəbinin hərəkəti onda böyük maraq oyatmışdı.
Herman və Paulina Enşteyn Yəhudi əsilli, lakin dindar olmayan ailə idilər. Dini əməllərdən daha çox uşaqlarının təhsillərini düşünürdülər. Albert beş yaşında olarkən onu daha yaxşı təhsil verdiyini düşündükləri Katolik Xristian məktəbinə yazdırırlar. Bundan sonra Albert buradakı kəskin qanunlardan narahat idi, lakin buna baxmayaraq həmişə yüksək qiymətlər alırdı.
Anası Paulina uşaqlarının kiçik yaşlarından musiqiyə bələd olmasını istəyirdi. Buna görə Alberti skripka, Mayanı isə piano dərslərinə aparırdı. Albert skripka dərslərinə altı yaşında başladı, on dörd yaşına qədər davam etdi. Motsartın əsərlərini çox bəyənir və onun sonatalarını çala bilmək üçün çox məşqlər edirdi.
Albert doqquz yaşı olarkən Katolik məktəbindən çıxır və təhsilini Luitpold Gimnaziyasında davam etdirir. Gimnaziya Antik Yunanca və Latıncaya böyük önəm verirdi. O burada Latın dili və riyaziyyat dərslərində ən yüksək qiymətləri alırdı. Gimnaziya orta məktəbdən daha möhkəm qaydalara tabe idi, buna görə Albert tez-tez müəllimlərlə mübahisə edir, müəllimlər isə onun azad və üsyankar xarakterini bəyənmirdilər.
Albertin ailəsi köhnə yəhudi ənənəsi olaraq həftədə bir gün kasıb bir tələbəni şam yeməyinə dəvət edirdilər. Maks Talmud adında yoxsul tələbənin onların evinə ziyarəti Alertin on yaşı olarkən başlamış və beş il davam etmişdi. Albert bu tələbə ilə söhbət etməkdən həzz alırdı, Talmud isə qısa vaxtda onun adi uşaq olmadığını başa düşmüşdü. On üç yaşı olarkən Talmudun gətirdiyi Emanuel Kantın kitabını oxumuş və onu başa düşməkdə qəti çətinlik çəkməmişdi.
On bir yaşı olarkən yəhudi ənənəsi olaraq evdə din dərsləri almağa başlayır. Bu dövrdə Albert dinə dərin meyl duymağa başladı, bütün dini vacib əməlləri mütəmadi olaraq yerinə yetirirdi. Lakin dinə olan marağı uzun çəkmədi. Bir il ərzində oxuduğu elmi kitabların dinlə uyğun oolmadığını gördü və bütün dini qaydalara şübhə ilə yanaşmağa başladı.
1891-ci ildə əmisi Cakob ona cəbr kitabı gətirmişdi. Həmin il Albert Pifaqor teoreminin alternativ isbatını yaratdı. On altı yaşı olarkən isə öz ağlı sayəsində diferensial və inteqral hesablamalar ilə analitik geometriyanı öyrəndi.
1894-cü ildə 14 ildən sonra Albertin atası və əmisinin açdığı şirkət iflas etdi. Buna görə hər iki ailə İtaliyaya getmək qərarına gəldilər. Ailəsi Albertin Münhendə qalıb təhsilini tamamlamasına qərar verdilər. Albertin gimnaziyanı bitirməsinə hələ üç il qalmışdı, lakin üç ay Münhendə tək qaldıqdan sonra ağır depressiv hal yaşamağa başlayır. Həkimdən sinir sistemində olan gərginlik səbəbi ilə arayış aldı, gimnaziyadan tərk etdi və İtaliyaya ailəsinin yanına getdi.

Ölümü və beyninin oğurlanması

Həyatının sonuncu ili
18 aprel 1955-ci ildə Albert Enşteyn daxili qanaxma keçirdi. İsrailin yaranmasının yeddinci ildönümü münasibəti ilə televiziya üçün çıxış mətni hazırlayırdı, lakin bu işini tamamlaya bilmədən vəfat etdi. Enşteyn bu sözləri deyərək əməliyyat olmaqdan imtina etmişdir: “İstədiyim vaxt getmək istəyirəm. Həyatı süni şəkildə uzatmaq mənasızdı. İndi getmək vaxtıdı və bunu nəzakətli şəkildə etmək istəyirəm.” 76 yaşında Priston xəstəxanasında vəfat etmişdir.
Enşteyn öldükdən sonra elmə olan töhfələrinə görə bütləşdirilməsini istəmirdi. Buna görə də ailəsi onun cəsədinin yandırılması qərarına gəlmişdi. Həmin gecə xəstəxanada Harvey növbətçi idi. Harvey cəsədi yandırmaq üçün hazırladı, beynini isə gizlədərək özü ilə evə apardı.
Beyni oğurlanan Enşteynin ailəsi şokda idi. Hökumət də daxil olmaqla hamı beyinin geri qaytarılmasını tələb etsə də Harvey bunu qəbul etmədi. Buna görə onu işdən çıxardılar. Harvey beyini yalnız elmi təqdiqatda istifadə edəcəyinə söz verdikdən sonra ailəsi iddialardan əl çəkdi. Enşteyinin bədəninin qalan hissəsi isə yandırılaraq külləri bilinməyən yerə səpildi.
Onun beyni müxtəlif beyin mütəxəssisləri tərəfindən tədqiq edildi və belə nəticəyə gəlindi ki, Albert Enşteynin beyni normal insan beynindən bəzi hüceyrələrinin çox olması ilə fərqlənir. Enşteynin beyni 53 il sonra oğurlandığı Priston xəstəxanasına qaytarıldı və Hervey bundan üç il sonra özü də vəfat etdi.

Hiç yorum yok:

Yorum Gönder

Ömər Xəyyam

                                 Ömər Xəyyam Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri  ( fars   عُمَر خَیّام نیشابوری ); ...