2 Haziran 2017 Cuma

Bəhmənyar Azərbaycani

                       Bəhmənyar Azərbaycani

Əbülhəsən Bəhmənyar Azərbaycani (fars ابوالحسن بهمنیار بن مرزبان) — Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi[3][4]İbn Sinanın şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə bir qayda olaraq "əl-Azərbaycani" olaraq xatırlanır və Azərbaycandan olması vurğulanır.[1][5][6][7][8]Şagirdi Zəhirəddin əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir.[9] Bəzi mənbələr onun əvvəllər zərdüşt olduğunu, daha sonra islamı qəbul etdiyini qeyd edirlər.[10][11][12] Bəhmənyar Azərbaycani əksər şərq peripatetikləri kimi öz əsərlərini ərəb dilində yazmışdır.[13] Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaratmışdır.
Bəhmənyar Azərbaycani
Əbülhəsən Bəhmənyar Mərzban oğlu Azərbaycanlı (əl-Azərbaycani)
İsmailiyye palace Bust of Bahmanyar Al-Azerbaijani.JPG

Həyatı

Əbülhəsən Bəhmənyar Mərzban oğlu böyük Azərbaycan filosofu, Şərq peripatetizminin görkəmli nümayəndələrindəndir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov araşdırmaları nəticəsində belə qənaətə gəlmişdir ki, Azərbaycanda Şərq peripatetizminin ilk böyük nümayəndəsi olan Bəhmənyar X əsrin sonlarında təvəllüd tapmışdır. Tədqiqatçı həmin tarixi 993-cü il kimi göstərmişdir.[1] Orta əsr müəllifləri Bəhmənyarın "Azərbaycan ölkəsindən" ("min bilad Azərbaycan") [7][9], yaxud da "Azərbaycanlı" ("əl-Azərbaycani") [1] olduğunu yazmışlar. İlk mənbələrdə o, atəşpərəst (məcusi, zərdüşti) sayılır.[10][11][12] Bir sıra müəlliflər isə, onun islamı sonradan qəbul etdiyini söyləyirlər.[7][9]
Professor Ə.K.Zəkuyev Bəhmənyarın "ibn əl-Mərzban" kimi tanındığını nəzərə alaraq, onu Cənubi Azərbaycan hakimləri olan mərzbanlar nəslindən hesab etmişdir.[22] Mənbələrdə Bəhmənyar Mərzban oğlunun Kiya (hakim, bahadır) adlandırılması onun hakim olan mərzbanlar ailəsinə mənsubluğunu göstərir.[7]
Əbülhəsən Bəhmənyar Şərqin ensiklopediyaçı alimi İbn Sinanın ən görkəmli şagirdi və davamçısıdır. Onun öz müəllimi ilə ilk görüşü haqqında yazırlar:
"Bir dəfə İbn Sina dəmirçixanada olarkən Bəhmənyar oraya gəlib od istəyir. Dəmirçi deyir: "Qab gətir, içərisinə od qoyum apar". Bəhmənyar ovcuna bir qədər torpaq töküb deyir: "Odu bu qaba qoy". Bəhmənyarın dərrakəsini görən İbn Sina onu özünə şagird götürür".
— əl-Xansari – Raudat əl-cənnat fi əhval əl-üləma va-s-sadat. I cild, Tehran, 1306[7]
Bəhmənyar parlaq istedadı və çalışqanlığı ilə İbn Sinanın dərin rəğbətini qazanmışdır. Müəllim sonralar öz şagirdi haqqında iftixarlar yazırdı: "O mənə oğuldan artıq istəklidir. Mən ona təlim–tərbiyyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam." [7]
1023–cü ildən qabaq Bəhmənyarın İbn Sina ilə qədim Azərbaycan şəhəri Həmədanda olması məlumdur. Sonralar İbn Sina bəzi yaxın adamları ilə birgə İsfahana gedərkən Əbülhəsən Bəhmənyarın onlarla birlikdə olması xəbər verilmir. Çox güman ki, İbn Sina Əlaüddövlənin sarayında yaşadığı dövrdə Azərbaycan filosofu ondan uzaqda olmuş, buna görə də onunla məktublaşmağa başlamışdır. Müəllimlə şagir arasında gedən mübahisələrə həsr edilmiş məktublardan bəzilərinin məzmunu onların təqribən XI əsrin 30 – cu illərində yazıldığını göstərir.[7]
Əbülhəsən Bəhmənyarın ölüm tarixi ayrı–ayrı müəlliflər tərəfindən gah 1038 – ci, gah 1065–ci, gah 1066–cı, gah da 1067 – ci illər kimi göstərilir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov isə ilk mənbələr əsasında filosofun 1066–cı ilin ortalarında vəfat etdiyini müəyyənləşdirmişdir.

Yaradıcılığı

Əbülhəsən Bəhmənyar İbn Sinadan sonra otuz ildən bir qədər az ömür sürmüşdür. Şərq peripatetizminin XI əsrin ortalarına aid mərhələsi birbaşa onun adı ilə bağlıdır. İbn Sina ənənələrini qoruyub saxlamaq filosofun üzərinə ciddi və məsul vəzifələr qoyurdu.[24] O, var – qüvvəsini əsirgəmədən aristotelçi fəlsəfənin irəliyə doğru inkişafını təmin etməli idi. İbn Sina vaxtilə bəlkə də bu ümidlə sevimli şagirdi Bəhmənyar haqqında yazmışdı: "Onun axır gəlib mənim yerimdə olmasına bir şey qalmayıb."
Bəhmənyar öz yaradıcılığında İbn Sinanın əsərlərindən iqtibaslara geniş yer vermiş, müəlliminin ideyalarının daha artıq dərəcədə təbliğinə çalışmışdır.[25]
Mənbələrdə və məxəzlərdə Bəhmənyarın aşağıdakı əsərlərinin adı qeyd edilmişdir:
Azərbaycan dilində adıOrijinal adı
Təhsil"ət–Təhsil"
Məntiqə dair Zinət"əz–Zinə fi–l–məntiq"
Gözəllik"əl–Bəhcə"
Səadət"əs–Səadə"
Musiqi kitabı"Kitab fi–l–musiqa"
Metafizikanın mövzusu"Maudu elm ma bəd ət–təbiə"
Mövcudatın mərtəbələri"Məratib əl–maucudat"

Məntiq təlimi

Əbülhəsən Bəhmənyar məntiqin mövzusu və vəzifələri barədə yazır:
"Məntiq nəzəri sənətdir ki, həqiqi tərif adlanan düzgün tərifin və sübut adlanan sillogizmin hansı formalardan və materiyalardan, qüvvətli olub, yəqinliyinə bənzər təsdiq bildirdikdə topik, zərif olub daha çox güman bildirdikdə ritorik adlanan inandrıcı sillogizmin hansı formalardan və materiyalardan olduğunu müəyyən edir. O, müəyyən edir ki, düzgün olmayan tərif hansı formadan və materiyadan, yanılmaya aoarıb çıxaran və sofistik adlanan düzgün olmayan sillogizm hansı formadan və materiyadan, əsla təsdiq bildirməyən, lakin bir şeyə qarşı nəfsin ya rəğbətini oyatmaq, yaxud, nifrətini, ikrahını qazandırmaq, ya da, onu açmaq, yaxd sıxmaq məqsədi ilə xəyala gətirilən sillogizm – poetik sillogizm hansı formadan və materiyadan düzəlir." [25]
Filosofun fikrincə, məchul olan, sonra isə düşünməklə məluma çevrilən axtarılanlar tərifin və sillogizmin sayəsində tapılır. O, ikisindən hər biri ya həqiqidir, ya da həqiqətdən kənardır (ancaq özünə görə faydası vardır), ya batildir, ya da həqiqətə bənzərdir. İnsanın fitri qabiliyyəti bu təsnifatda çox vaxt kifayət qədər fərq qoya bilmir. Əgər belə olmasaydı nə alimlər arasında fikir ayrılığı, nə də birisinin baxışında ziddiyyət özünü göstərərdi.

1000 illik yubileyinin keçirilməsi[redaktə | əsas redaktə]

Prof. Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti 1 iyul 1992-ci ildə (Qərar № 10/16) və Azərbaycan Respublikası Nazirlər Kabineti 5 noyabr 1992-ci ildə (Qərar № 607) qərarlar qəbul etmişdir. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) üç elmi sessiya, bir çox ali məktəblərdə konfranslar keçirilmişdir. Yubiley münasibətilə Əbülhəsən Bəhmənyarın portretinin yaradılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət NazirliyiAzərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə müsabiqə elan edilmiş, 3 fevral 1994-cü ildə isə müsabiqəyə yekun vurulmuşdu. Münəvvər Rzayevanın yaratdığı büst müsabiqədə birinci mükafata layiq görülmüşdür. Zakir Məmmədov bu barədə "Filosofun real surəti necə olub?"  məqaləsində ətraflı şəkildə bəhs etmişdir.

Hiç yorum yok:

Yorum Gönder

Ömər Xəyyam

                                 Ömər Xəyyam Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri  ( fars   عُمَر خَیّام نیشابوری ); ...