Sokrat
Sokrat, Sokrates (yun. Σωκράτης, təqribən m.ö. e.ə. 469 — e.ə. 399) — yunan filosofu, klassik yunan fəlsəfəsinin birinci nümayəndəsi, Platonun müəllimi.
Həyatı
Antik yunan filosofu Sokrat e.ə. 469-cu ildə Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət etmişdir. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi. Ksantippa adında qadınla evlənmiş, ondan bir neçə oğlu olmuşdur[1].
Sokratı müdrik insan kimi şöhrət qazanməşdır. O mübahisə ustası idi, ona çəkişmələrdə heç kəs qalib gəlməmişdir. Onun özünəməxsus mübahisə üslubu olmuşdur. O həm də doğruluğun həqiqətin tərəfdarı idi, sözü üzə deyən olmuşdu. Buna görə onu bəzi adamlar sevməmiş, onunla düşmənçilik etmişdirlər.
O zaman sofistlərin təlimləri yunan polislərində (qədim Yunanıstanda şəhər dövlətləri) şiddətli tənqidlərinə məruz qalmışdır. Onların iddialarını rədd edən başqa filosoflar hamı üçün bir olan obyektiv biliyə nail olmanın yollarını axtarmış, sofistlərin subyektivliyindən aralanmağın metodlarını araşdırmışdılar. Onlardan biri də Sokrat olmuşdur.
Öncə o sofirstlərin təlimi ilə maraqlanmış, ancaq sonra onlardan aralanaraq bu cərəyanı tənqid etmişdir. Daha sonra Sokrat öz fəlsəfi fikirlərini açıqlamış və beləliklə o, ətrafına çoxlu öyrənci yığa bilmişdir.
Peloponnesus savaşından (404-cü illərdə baş vermiş Afinanın Sparta dövləti ilə savaşıdır) sonra afinalılar spartalılara məğlub olmalarının səbəblərini araşdırarkən daxili düşmənlər axtarışında olmuşdurlar. O zaman Sokrata qarşı olanlar onu dövlətin dayaqlarının dağıdılmasında və təhlükəli təbliğatın aparmasında ittiham edib mühakimə etmişdilər. Onu həm də gənclərin əxlaqının pozulmasında, qədim tanrıları inkar edərək yeni tanrılar kultunun yaradılmasında suçlamışdılar. Məhkəmənin qərarı ilə Sokrat zəhər içərək intihar etmişdir
Fəlsəfəsi
Sokrat öz fikirlərini mübahisə və söhbətlərində açıqlayırdı. Onun fəlsəfi fikirlərinin məzmununu öyrəncisi Platon öz “Dialoqlarında” açıqlamışdır. Bundan başqa, Aristotel və Ksenofon da Sokrat haqqında xəbərlər vermişdilər.
Sokrat fəlsəfənin istiqamətini dünya və təbiətin dərk olunmasından insan problemlərinin araşdırılmasına doğru dəyişə bilmişdir. O, öz mübahisə aparmaq istedadı, məntiqi, həmsöhbətlərinin səhvlərinin üzə çıxarması, müzakirə mövzusu olan məsələni hissələrə bölüb həll etmə qabiliyyəti ilə tanınmışdır.
Dialektik metodu
Onun fəlsəfəsində hər şeyin tək bir həqiqəti vardır. Onu hamılıqla araşdırıb tapmaq lazımdır. Bu məqsəd üçün də Sokrat, dialektik metodunu təklif etmişdir. Dialektika (yun. διαλεκτική) isə mübahisədə rəqibin sözlərində ziddiyyət taparaq onun ortadan qaldırılması yolu ilə həqiqətin üzə çıxarılmasıdır.Bu metodda ironiya, maevtika və induksiyadan istifadə edilir.
İroniya
İroniya (yun. εἰρωνεία) hərfi mənasına əks olan və mahiyyəti gülünc olan sözdür. İroniya ondan ibarətdir ki, hər bir ağıllı adam ilk növbədə özü öz lovğalığını, geri zəkalılığını etiraf etməli, özü-özünə istehza ilə baxmalı və gülməlidir. Sokrat həmsöhbətlərini öz “Mən”ini qırağa qoymağa, məsələlərin obyektiv həllinə yönəlməyə çağırırdi. O demişdir; “Mən bilirəm ki, mən heç nə bilmirəm”.
Platon bu deyimin yaranma tarixçəsini aşağıdakı kimi vermişdir[3]. Bir kərə Sokrat bir varlı və yüksək vəzifəli afinalının yanına gəlmişdi. Hamı deyirdi ki, o ağıllı və müdrikdir. Ancaq onunla bir qədər söhbət etdikdən sonra bilinmişdir ki, onda heç bir ağıl və müdriklik yoxdur, həmin afınalı yalnız bunun görüntüsunü yaradır. Sokrat da bunu bildirəndə, o adam ona düşmən kəsilmişdir. Ondan ayrılan Sokrat düşüncələrə qapanıb özü-özünə belə dedi:
![]() | Biz ikimiz də nə ağıllıyıq, nə də müdrik. Nə mən, nə sən heç nə bilmirik. Ancaq mən bilirəm ki, heç nə bilmirəm. Ona görə də özümdən razı deyiləm. O adam isə bunu bilmir, ancaq öyünür, özündən çox razıdır. Əslində mənim müdrikliyim və biliyim ondan dəfələrlə çoxdur. Çünki o heç nəyi bilmədiyini bilmir, mən isə bunu bilirəm. | ![]() |
Bundan sonra Sokrat daha bir neçə varlı və vəzifəlilərin yanında olub onlarla söhbətlər aparmışdır. Hər dəfə də buna bənzər hallarla rastlaşmışdır. Onların hamısı Sokratla düşmən kəsilmişdir.
İronik üslubuna görə bir çox varlı afinalılar Sokratla düşmənçilik, sonda onlar məhkəmədə ona qarşı çıxış belə etmişdirlər. Sokratın afinalı Anitusa qarşı yönəlmiş ironik üslubunun parlaq nümunələri Platonun “Menon” dialoqunda verilmişdir.
Aforizmləri
- Biz yemək üçün yaşamırıq, yaşamaq üçün yeyirik.
- Onu bilirəm ki, heç nə bilmirəm.
- Danış, səni görüm.
- Yalnız bir xeyir var – bilik. Yalnız bir şər var – cəhalət.
- Sərxoşluq nöqsan doğmur, onları üzə çıxarır.
- Evlənmək vaxtınız gəldimi, evlənin. Qorxulu heç nə yoxdu. Əgər arvadınız yaxşı olar, xoşbəxt olarsınız, pis olar, filosof olarsınız.
Hiç yorum yok:
Yorum Gönder