23 Mayıs 2017 Salı

Platon

                                         Platon

Platon (yun. Πλάτων təxminən e.ə.428/427 – e.ə. 348/347) — qədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın öyrəncisi, Aristotelin müəllimi. Şərqdə ona "Əflatun" deyirlər.
                                                      Head Platon Glyptothek Munich 548.jpg

Həyatı

Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. Platonun atası Ariston (m. ö. 465-424) Attika çarı Kodrunun, anası isə afinalı islahatçı Solonun nəslindən idilər. Platonun Adimant və Qlavkon adında iki qardaşı və Poton adında bacısı var idi.
Platonun İlk müəllimi Kratiles olmuş, sonra isə o Sokratdan dərs almışdır. Ona görə də Sokrat Platonun dialoq formasında yazılmış əsərlərinin iştirakçısıdır. Dioqenes Laertiusa görə, Platonun əsl adı Aristokl idi[2]. Platon (yunan sözü olan "Plato" - genişlik) adını isə ona Sokrat vermişdir. Ancaq bu rəvayətin ellinizim dövründə uydurulduğunu iddia edənlərdə var[3].
M.ö. 389-cu ildə Sokratın ölümündən Platon çoxlu səyayətlər etmişdir. Siciliya adasında olarkən. orada təsəvvür etdiyi ideal dövlət qurmaq niyyətində olmuşdur[4]. Onun dünyagörüşünün formalaşmasına qədim Misir elmi, mədəniyyəti, inancı və düşüncəsi əhəmiyyətli dərəcədə təsir etmişdir[5]. Çünki, Platon bir zaman Misirdə olmuş, kahinlərdən dərs almış, sonra Siciliya və Cənubi İtaliyaya səfərlər etmişdir. Orada olarkən Elea məktəbinin və pifaqorçuların təlimləri ilə də tanış olmuş, sonra isə öz fəlsəfi fikirləri ilə çıxış etmişdir. M. ö. 387-ci ildə Afinaya qayıtdıqdan sonra orada Akademiya (yun. ‘Ακαδήμεια) adlanan bir məktəb təsis etmişdir[6].

Fəlsəfəsi

Platon öz fəlsəfəsində əsas diqqəti ontoloji (varlıqla bağlı) məsələlərə; eləcə də, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir. Sokratın ideyalarını davam etdirərək o, sofistlərin iddialarına qarşı çıxmış və obyektiv biliyin əldə edilməsini mümkün hesab etmişdir.

İdeyalar haqqında

Platon özündən öncəki filosoflardan fərqli olaraq hər şeyin əsasını hər hansı bir maddədə deyil, ideyada (yun. ἰδέα) görürdü[7]. O hesab edirdi ki, bizim yaşadığımız və duyduğumuz dünya gerçək deyil, çünki dəyişkəndir. Bütün şeylərin əsl mahiyyəti onların görüntülərində yox, səbəblərində və ya ideyalardadır[8]. Deməli, bu dünyada hər bir şey ideya ilə müqayisədə tanınır. İdeyalar sanki qəliblərə bənzəyir, hər şey onların formalarında olur. Eyni zamanda, duyğu aləmində hər şey ideyalara doğru yönəlir, onlara can atır. İdeyaları duymaq olmaz, onları yalnız düşüncə ilə dərk etmək mümkündür.
Buna örnək kimi at, qoyun, bəbir və siçanı göstərmək olar. Onların hər biri fərqli varlıq olmasına baxmayaraq, biz onların hamısını “heyvan” adlandırırıq. Halbuki, onların hər biri fərqli varlıqlardır: biri at, başqası siçan və s. Ancaq Platona görə həmin “heyvan” anlayışı təkcə bizim beynimizin məhsulu deyildir. O müəyyən bir məkanda doğrudan da vardır. At, siçan, bəbir, qoyun və s. onun görüntüləridirlər. Deməli o “heyvan” bunların pərdə arxasında olan ideyasıdır.
Platona görə bu dünyanı yalnız ideyalar aləmini dərk etməklə anlatmaq mümkün deyildir. Hər şey müvəqqəti və keçici olduğuna görə, burada “varlıq”dan başqa “yoxluq” da vardır. Bununla da o, Parmenidesin fəlsəfəsinə zidd getmiş, yoxluğun maddə olduğunu, ideyaların isə onda təcəssüm etdiyini iddia etmişdir. Deməli, yuxarıdakı örnəkdə sözü keçən at, qoyun, bəbir və siçan əslində yoxdur. Onlar ideya olan həqiqi varlığın yansımasıdırlar (əks olunmasıdırlar). Beləliklə, Platonun fəlsəfəsində varlıq ideya, yoxluq isə materiyadır[9]. Bu dünya əslində varlıq olan ideyalarla, yoxluq olan materiyanın (maddənin) arasındadır. Bir tərəfdən onun var olması ideyalar aləmindən xəbər verir; başqa tərəfdən isə o həm də yoxluqdur, çünki bu dünya keçicidir və onun üzərində olan hər şey ölümə, həmçinin məhv olmağa məhkumdur.
İdeyalar aləmi Platonun fəlsəfəsində çoxpilləli və piramida şəkilindədir. Bu piramidanın başında xeyir və həqiqət rəmzi olan Əql (yun. νοῦς) durur, hər şeyin məqsədi də odur[10]. Əbədi olan ideyalar da Əqldədir. Eyni zamanda, ideyalar yaradılmamış və ölməzdirlər, zaman və məkandan asılı deyil, dəyişməzdirlər. Duyğular aləmində isə hər şey əksinə cərəyan edir, orada hər şey keçici və ölümə məhkumdur. Bundan başqa bu dünya zaman və məkandan asılıdır. Həyatın məqsədi ideyalar aləminə (Tanrıya) yaxınlaşmaq, ona bənzəmək, müvəqqəti xarakter daşıyan maddi aləmdən uzaqlaşmaqdır

Tanrı haqqında[redaktə | əsas redaktə]



Platon tanrı barəsində özəl fikirlərlə çıxış etmişdir. Onun fikrincə, ideyaları maddi aləmdə təzahür etdirən və onları əlaqələndirməyə çalışan bir tanrı vardır. Bu tanrı “Demiurqos”dur (yun. Δημιουργός – sənətkar)[12]. Ancaq nə ideyalar, nə də maddə ondan asılı deyildir. Çünki, onları o yaratmamışdır. Demiurqos əbədi olan ideyaları onun təzahürləri ilə uyğunlaşdırmışdır. Bu baxımdan Demiurqosu “yaradıcı” adlandırmaq olar. Bununla da, Platonun tanrısı hər şeyi heçdən yaradan monoteistik Tanrıdan fərqlənir. Eyni zamanda, Demiurqos hər şeyə qadir də deyildir. O yalnız materiyanın müqavimətini qıraraq onu ideyaya uyğunlaşdırmaq istəyir, ancaq bunu qismən edə bilir.
Gələcəkdə bəzi qnostik xristian cərəyanlarının təlimində Demiurqos “ikinci” və ya “saxta” tanrı kimi tanınmışdır. Onlara görə həqiqi Tanrı kainatı yaratdıqdan sonra, yerdə hakimiyyəti şər qüvvələr ələ keçirmişdirlər. Onların başçısı da Demiurqos olmuşdur. Bu səbəbdən də dünyada şər vardır.
Tanrı (Vahid) və dünya anlayışları Platon fəlsəfəsində həm də eyniləşir. “Parmenides” dialoqunda o, Vahidin mahiyyətini açmış və onun çoxluqla (başqa şeylərlə) əlaqəsi probleminə toxunmuşdur. Bunu edərkən o, Vahidin dərk olunmazlığı (transsendentliyi) ilə eyni zamanda dünyada təzahür etməsi məsələləri haqqında düşünmüşdür. Çünki, bir tərəfdən Vahid sonsuz uzaqlardadır və onu duymaq mümkün deyildir. Digər tərəfdən isə o dünyada da təzahür etməli və duyulmalıdır.

Hipotezlər

Burada Vahidin eyni zamanda həm var olması, həm də yoxluğu; həm bir, həm də çox olması kimi paradoksal nəticələrə gəlinir. Belə ki, Platon “Parmenides” dialoqunda[13] hipotezlər (ehtimallar) irəli sürmüşdür. Burada iddia edilir ki, əgər Vahid vahiddirsə, onda onun hissələri yoxdur. Çünki, bu anlayışda hissə bölgüsü ola bilməz. Deməli, o tamlıq deyil, çünki tam olan şeyin hissələri olmalıdır. Belədirsə, onda onun əvvəli, ortası, sonu yoxdur, yəni o hüdudsuzdur. O nə başqa şeydə, nə də özü özündə yoxdur; nə hərəkət edir, nə də sükunətdədir. O heç nəyə də bənzəmir, onu dərk etmək ya da duymaq olmaz. Onun haqqında nə bilik, nə fikir, nə də söz irəli sürmək mümkündür. Nəticədə isə Vahid haqqında hər bir iddia, fikir, söz və düşüncə yalnız inkara çevrilir. O bu dünya anlayışlarına sığmayan bir şeydir, olmamış kimidir, yəni yoxdur.
Başqa tərəfdən isə dünya varsa Vahid də var. Çünki, dünyanın başlanğıcı olmalıdır. Belədirsə, onda deməli bu dünya elə Vahidin özüdür və o mövcuddur. Bu da o deməkdir ki, bir tərəfdən Vahid özü-özü üçün var, digər tərəfdən isə dünya üçün mövcuddur. Deməli, Vahidi dərk etmək üçün çoxluq anlayışına keçilməlidir. Bu da “vardır” və “mövcuddur” ikiliyindən başlanır; ikilik isə çoxluğun başlanğıcıdır. Çoxluqda olduğuna görə Vahid haqqında fikir irəli sürmək də olar. Beləliklə, Vahidi ancaq o durumda dərk etmək və onun haqqında fikir yürütmək olar ki, o çoxluq olsun.
Daha sonra “Vahid yoxdur” iddiasının nəticələri onun özü və ondan ayrısı üçün araşdırılır. Sonda isə bu iddia Vahidə çoxluğun və çoxluğun çoxluğa münasibəti baxımından baxılır. Əgər Vahid yoxdursa, onda başqa şeylər nə tək, nə də cəm olaraq düşünülməz, çünki Vahidsiz çoxluq haqqında düşünmək mümkün deyildir.

Ruh haqqında[redaktə | əsas redaktə]

Platon ruh haqqında da düşünmüş və onu bədənə qarşı qoymuşdur. Hər bir insan ideal aləmin və eyni zamanda materiyanın (maddənin) daşıyıcısıdır. Bədən keçici və ölümə məhkum olan materiya, ruh isə dəyişməz və ölməz ideyadır[14]. Ona görə də həyatın mənası əbədiliyə hazır olmaq, onu qazanmaqdan ibarət olmalıdır.
Platona görə ruhların ağıllıqəzəbli və nəfsi səviyyələri vardır[15]. Ağıllı səviyyə insanı ideyalar aləminə yaxınlaşdırır, onun mənəviyyatının əsasında durur və onu həmişə xeyrə yönəldir. Qəzəbli səviyyə onu nizamlayır və çətinliklərə qarşı dözümlü edir. Nəfsi səviyyə isə insanı maddi aləmə bağlayır, onu geriyə çəkir və ideyalar aləmindən uzaqlaşdırır. Durumdan asılı olaraq insanlarda bəzən ağıllı, bəzən qəzəbli, bəzən isə nəfsli səviyyə üstün olur.

Hiç yorum yok:

Yorum Gönder

Ömər Xəyyam

                                 Ömər Xəyyam Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri  ( fars   عُمَر خَیّام نیشابوری ); ...