İmtahanlardan sonra dənizçi kimi xidmətə layiq görülsə də anasının təkidi ilə imtina edərək öz riyazi bacarığını artilleriyada sınamağı qərara alır və
Parisin ən prestij hərbi məktəbinə (
fr. École Militaire) daxil olur. Burada o, attilleriyanın sirlərinə: hidrostatikaya, differansal və
inteqral hesablamalara eyni zamanda dövlət hüququ və istehkam fənnlərinə yiyələnir.
24 fevral 1785-ci ildə atası
mədə xərçəngindən vəfat edir. Napoleon ailə başçısı vəzifəsini öz boynuna götürür və eyni zamanda böyük qardaşı Yozeflə də hesablaşır. Elə həmin ildə, 16 yaşında o təhsilini vaxtından tez başa vuraraq, səriştəsinə görə
zabit rütbəsinə layiq görülür.
Valensadakı La Fère bölüyünə daxil olaraq
1788-ci ilin
iyun ayından
leytenant rütbəsilə xidmət göstərir. Anasına kömək məqsədilə 11 yaşlı kiçik qardaşı Luisi yanına gətirib tərbiyəsilə özü məşğul olur.
İnqilabi fəaliyyəti
Napoleon
1789-cu ildə baş vermiş
Fransa inqilabını açıq-aşkar dəstəkləyir və öz bölüyü ilə birlikdə sədaqət andı içməyə məcbur olur.
Korsikanın azadlığı üçün yeni bir şans yaranır.
Sentyabr ayında ordudan məzuniyyət götürərək
Korsikaya gayıdır və qardaşı Yozef ilə aktiv siyasi fəaliyyətə başlayır.
1791-ci ildə öz bolüyünə döndükdən sonra ona
baş leytenant rütbəsi verilir. XVI Lüdoviq qaçdıqdan sonra özünü respublikaçı elan edərək yerli
Yakobin klubuna daxil olur. Lion akademiyasında respublikaçı şüarlarla çıxışlar edir.
1791-ci ildə öz truppası ilə qısa bir müddətə
Korsikada qalır.
Korsika milli qvardiyasına daxil olaraq Paoliyə qarşı çıxır. Qanlı qarşıdurmadan sonra truppasını adanın içərilərinə çəkərək özü
Fransaya dönür.
Korsikadan daxil olan şikayətlər əsasında, Napoleon bu hərəkətinə görə
1792-ci ildə ordudan xaric edilir. lakin
zabit çatışmamazlığına görə təzədən orduya
kapitan rütbəsi ilə geri qaytarılır. Təzədən
Korsikaya qayıdaraq
Sardiniyaya qarşı hərbi aksiyaya qoşulur. Beləliklə Napoleon
Fransa inqilabına sadiq qalaraq
Korsikanın müstəqilliyinin və uşaqlıq idealı Paolinin əleyhinə çıxır. Bu isə ailəsinin
Fransaya mühacirət etməsi və onun
Korsika ambisiyasının sonu demək idi.
Korsikadan qaçaraq
Fransanın cənubunda yerləşmiş bölüyünə qayıdır. Bu zaman hakimiyyətə
Yakobin diktaturası gəlmiş olur. Hələ bir il öncə
Yakobin klubundan ayrılan Napoleon
1793-cü ildə siyasi baxışını əks etdirən broşür çap etdirir.
Napoleon
Böyük Britaniya donanmasının dəstəyinə arxalanan bəzi inqilabçıların və royalistlərin (monarxistlərin) yerləşmiş olduğu Tulon şəhərinin artilleriya komendantı təyin edilir.
25 noyabr 1793-cü ildə Napoleon hazırladığı şəhərə hücum planı haqqında komandan general Duqommirə məlumat verir və
19 dekabrda Tulona hücuma keçir. Bu müvvəffəqiyyət həqiqətdə də Napoleonun yüksəlişinin başlanğıcı olur.
22 dekabrda ona təşəkkür elan edilərək 24 yaşında briqada generalı rütbəsi verilir. Niçdə qərargahı yerləşən İtaliya ordusunun artilleriya komandanlığı ona tapşırılır. Lakin Yakobin hakimiyyəti devrildikdən sonra Robespyer partiyasının tərəfdaşı olduğuna görə həbslərə məruz qalır. Onun hərbi karyerası siyasi çevrilişlərin qurbanına çevrilir.
Bütün bunlardan sonra Napoleon ailəsi ilə Marseldə yaşamalı olur. Qardaşı Yozef Juli Kların xeyrinə təbliğat işinə qatılır. Napoleon isə Kların bacısı Deziri Klara vurulur. Sonralar Deziri İsveç kralı XIV Karl Johanna (Jan Batista Bernaddot) ərə gedir. Karyerasını xilas etmək məqsədilə Parisə gəlir. Özünü Termidorian kimi qələmə verərək sağçıların qiyamı zamanı daxili qoşunların baş komandanı təyin olunmuş, hərbidən heç də başı çıxmayan Barras Poula onun təkidi ilə xidmət göstərir.
5 oktyabr 1795-ci ildə qiyamçılar artilleriyanın gücü hesabına yatırılır və nəticədə Napoleon diviziya generalı az sonra isə daxili qoşunların baş komandanı təyin edilir. Bu zamanlar o, Barras Poulun vasitəsilə əri Aleksandr Boharnenin qətlindən sonra dul qalmış Jozefina Boharne ilə tanış olur. Napoleon Joyefinaya vurulur və Deziri ilə əlaqənı kəsərək
9 mart 1796-cı ildə onunla evlənir.
Hər ikisi bu nigahdan faydalanmağa çalışırdı. Belə ki, Napoleondan yaşca böyük olan Jozefina öz bahalı həyat tərzini Napoleonun hesabına maliyələşdirmək, Napoleon isə onun vasitəsilə Barras Poulla möhkəm əlaqə yaratmaq və həmdə Paris cəmiyyətinə yol tapmaq fürsəti əldə etmiş olur.
[4] Evlənməsindən iki gün sonra Napoleon Nitsaya gələrək İtaliya ordusunun komandanlığını təhvil alır.
Ona tabe olan generallar Pyer Fransoys Çarlz Auqeray və Andre Massena bu təyinata müəmmalı baxırlar. Lakin sonradan Napoleon çıxışları və əməli işi ilə özünə hörmət qazandırır. İtalyan ordusu düşgün, pis silahlanmış və aylarla məvacib almayan 40000 nəfərdən ibarət idi. Napoleon orduya səslənərək:
"Mən sizi dünyanın bərəkətli düzənliklərinə aparmaq istəyirəm, əlinizə böyük şəhərlər düşəcək; orada siz cənablar şöhrətə və dövlətə çatacaqsınız."[5]
Ordunun ruhunu və həmdə öz təbliğatını aparmaq üçün Courier de l’Armée d’Italie adlı ordu qəzeti təsis edir. Napoleonun kredosu belə səslənir: "müharibə sistemi qalanı çökdürmək kimi bir şeydir. Atəşi məqsədyönlü elə eyni nöqtəyə tuşlamaq lazımdır. Elə ki müqaviməti pozuldu özü dağılacaqdır.
Misir ekspedisiyası
Böyük Britaniyanın
Misiri tutmaq planına qarşı Fransa hökuməti
Misirə
19 may 1798-ci ildə Hərbi və nəqliyyat gəmilərindən ibarət ekspedisiya göndərir. Ekspedisiyada 38000 əsgərlə yanaşı ölkənin tarixini, mədəniyyətini tarixi abidələrini tədqiq etmək və orada yeni siyasi və iqtisadi strukturlar yaratmaq məqsədilə çoxlu alimlər, mühəndislər, rəssamlar da iştirak edirdilər. Hərbi ekispedisiya
1 iyun 1798-ci ildə Misirə yetişir və Məmluk ordusunu Misir ehramları yaxınlığında məğlubiyyətə uğradıraq
23 iyulda Qahirəyə daxil olur. Bu zaman Napoleona onun gəmilərinin Britan donaması tərəfindən Əbukirdə batırıldığı xəbəri verilir. Belə ki,
1798-ci ildə
Əbukir dəniz döyüşündə, vitse-admiral
Horatsio Nelsonnun komandanlığı altında Britaniya donanması fransız donanmasını darmadağın etmişdi. Fransa ilə əlaqə kəsilmiş olur. Buna baxmayaraq ekspertləri ilə birlikdə müxtəlif reformalara başlayır və beləliklə
Misirin tədqiqatına başlanılır, bununla da d’Égypte institunun əsasını qoymuş olur. Ekspedisiya zamanı
1799-cu ildə indiki Rəşid (Rozzet) şəhəri yaxınlığında tapılmış
Rozzet daşı vasitəsilə bir çox
Misir heroqliflərini oxumaq mümkün olmuşdur.
Fələstinə qədər irəliləyərək Qəzzanı tutaraq Akkon qalasında istehkamlanır. Lakin
tauna düçar olan fransız qoşunu sayca azalaraq
Misiri tərk etmək məcburiyyətində qalır. Əbukir bu zaman Mustafa Paşanın komandanlığı altında olan 18000 əsgərlə müdafiə mövqayində idi. Napoleon 5000 piyada və 1000 süvari ilə ölümcül savaşa girir və
25 iyul 1799-cu ildə
Əbukir döyüşündə Osmanlı qoşunlarını məğlub edir.
2 avqustda Əbukir təzədən fransızların əlinə keçir. Bununla da Napoleon bir il öncə fransız donamasının biabırçı məğlubiyyətinin əvəzini çıxmış olur.
30 sentyabrda Korsikaya,
9 oktyabrda isə Müqəddəs Rafael tərəfdən Fransa sahilinə yetişmiş olur. Parisdə ekspedisiyanın uğursuzluğuna baxmayaraq onu qəhrəman kimi qarşılayırlar.
18 Brümer çevrilişi
Nəinki xalq, eləcə hökumətin özündə də korrupsiyalaşmış direktorium idarəçiliyinə etimad itməkdə idi. Emmanuel Yozef Siyes və Roqer Dukos Napoleonun hərbi köməyinə arxalanaraq siyasi saxtakarlıq edərək çevriliş edirlər.
9 noyabr 1799-cu ildə, Brümer təqvimi ilə Respublika elan edilməsinin VIII ili, 18 Brüumer çevrilişi(
fr. Coup d'État du 18 brumaire) nəticəsində direktoriya hakimiyyəti ləğv edilərək, başında Napoleon Bonapart durmaqla yeni müvvəqəti hökumət təşkil edilir. Sonrası gün parlamentin hər iki palatasının toplantısında Napoleonun birbaşa və dolaşıq nitqindən sonra ara yenidən qarışır. Napoleon tabeçiliyində olan hərbinin elit hissəsinin – Qrenadyorların köməyi ilə palataları dağıdır. Parlament Napoleonun təqdimatı əsasında konsul vəzifəsi və konsul konstitusiyası təsis edir. 30 yaşlı Napoleon Bonapart mütləq hakimiyyətə malik olmuş ilk Konsul olur.
[7]
Fransa Respublikasının ilk konsulu
Yeni konstitusiyaya əsasən Napoleon Bonapart
25 dekabr 1799-cu ildə on il müddətinə mütləq hakimiyyətə malik ilk konsul seçilir. Konsul qanunvericiliklə yanaşı nazir və digər yüksək dövlət vəzifələrinə təyinatları etmək hüququna malik olur. Beləliklə Bonapart konstitusiya ilə diktaturanı qanuniləşdirir. Hökumət proqramına Bonapart belə bir şüar verir: "Vətəndaşlar! İnqilab nədən başlanmışdısa elə orada qayıdır.O, artıq bitmişdir."
[8]
Diktatora çevrilən Napoleon dövlət idarəçiliyini kökündən dəyişdirir. İnqilabın töhfələrinin: vətəndaş hüququ, kəndlinin şəxsi torpaq hüququ, emiqrantların və kilsənin müsadirə olunmuş mülklərini satın alanların hüququnun təminatçısı kimi çıxış edərək
1804-cü ildə Napoleon məcəlləsinin təsis etməklə hakimiyyətini daha da möhkəmləndirir. İnzibati idarəçilikdə reform keçirərək şəhər və kəndlərə merlər təyin edir.
1800-cü ildə qızıl ehtiyatlarini, qiymətli kağızları və əmanətləri saxlamaq üçün
Fransa Dövlət Bankı nı təsis edir.
28 mart 1803-cü ildə kağız pullar ləğv edilərək pul vahidi 5 q-lıq gümüş frank təsdiq edilir. Xarici siyasətdə məqsəd ikinci koalision müharibəsini zəfərlə başa vurmaq idi. Napoleon ordusu ilə Alp istiqamətində hərəkət edərək
14 iyun 1804-cü ildə general Deze, Lui Şarl Antuanın böyük xidməti olmuş Marenqo döyüşündə qələbə çalır. General Deze Marenqo döyüşündə həlak olur. Genral Jan Viktor Moronun həlledici Hohenlinden döyüşündə çaldığı qələbədən sonra
9 fevral 1801-ci ildə
Avstriya ilə Lunevill sülhü bağlanılır.
8 oktyabr 1802-ci ildə Rusiya ilə və
25 mart 1803-cü ildə Böyük Britaniya ilə Amien sülhü bağlanılır.
Əldə olunan daxili və xarici siyasətdəki uğurlar
2 avqust 1802-ci ildə Bonaparta xalq səsverməsi yolu ilə ömürlük Konsul olmaq üçün gözəl imkan yaratmışdır. Səsvermədə iştirak etmiş fransızların 3 millionu onun leyhinə 1,6 millionu isə əleyhinə səslərini vermişdilər.
Fransa İmperatoru I Napoleon
Çar I Aleksandr
1805-ci ilin aprel ayında Böyük Britaniya ilə ittifaq bağlayır. Məqsəd Fransanı
1792-ci il sərhədləriinə qaytarmaq idi. Sonradan bu ittifaqa
Avstriya,
İsveç və
Neaplda qoşulurlar. Prussiya III Koalisiyaya qoşulmur. Əksinə
Bavariya,
Vüttenberq və
Baden Bonapartın müttəfiqinə çevrilirlər. Napoleon ilk olaraq Avstriya üzərinə yürüş edərək
Ulm yaxınlığında general Karl Makı 70000 ordusu ilə təslim edir və beləliklə
Vyanaya yol açılmış olur.
13 noyabrda döyüşsüz Vyana alınmış olur.
21 oktyabr 1805-ci ildə
Trafalqar döyüşündə fransız donamasının Nelson tərəfindən darmadağın edilməsinə baxmayaraq, Austerlitç qələbəsi
26 dekabr 1805-ci ildə Avstriya ilə
Pressburqda bağlanan sülh müqaviləsində Fransanın kontinentdəki mövqeyini daha da gücləndirmiş olur. Sülh müqaviləsinə görə Habsburq monarxiyası Tirolu və Forarlberqi itiriərək bu ərazilər Bavariyaya, onun İtaliya əraziləri isə İtaliya krallığına qatılır. Dəstəyə görə Bavariya və Vütenberq hersoqlarına kral titulu verilir.
Napoleon evlənmək siyasətindən istifadə edərək, asılı dövlətlərin idarəçiliyini əqrabasının həmin dövlətlərin hakimiyət üsul-idarəsinə transfer etməklə öz əlinə keçirmişdir. Belə ki, Yozef
1806-ci ildə Neapl sonra
1808-ci ildə isə İspaniya kralı, Luis Hollandiya kralı, bacısı Eliza
1809-cu ildə Toskana Böyük hersoqu, Paulin Parma və Quastalla hersoqu,
1808-ci ildə Karolina Bonapart Neapl kralı Yoaxim Muratın arvadı qismində kraliça, Jerom Vestfal kralı elan edilmişdir. Almaniya ərazisində Napoleonun protektoratlığı altında
16 iyul 1806-cı ildə Fransa imperiyasına hərbi yardım göstərmək öhdəliyinə malik 16 əyalətdən ibarət Reyn İttifaqı yaradılır. Beləliklə Müqəddəs Roma dövləti süqut etmiş olur və
II Frans hakimiyyətini itirmiş olur
Rusiya və Prussiya müharibələri
Bununla da
Fransa Prussiya münasibətləri pisləşmiş olur. Gizlin Rusiya ilə ittifaqa girərək Prussiya
26 avqust 1806-cı ildə Fransaya Reyn ərazilərindən çıxmacı ulimatumunu verməklə müharibə elan etmiş olur. Napoleon öz qoşunlarına
Mayndan başlayaraq
Türingeni keçməklə
Berlinə qədər irəliləməyi əmrini verir.
1806-ci il oktyabr ayında
Yena və Auerştedtdə prussiyalılar ağır məğlubiyyətə uğrayırlar. Nəticədə
Erfurt hersoqluğu birbaşa Napoleon imperiyasına qatılır və fransızlar
Berlinə daxil olurlar.
Prussiya ordusunun qalıqları Russ ordusuna qoşulurlar. Rusiya üzərinə yürüş bir sıra çətinliklərlə üz-üzə qalmış olur: həddindən pis kommunikasiyaya, yollara malik uzaq bir ərazi ordunun cəld mobilliyi və təhcizatı üçün böyük bir problem yaratmışdır. General Levin Avqust von Benniqsenin tabeçiliyində olan rus ordusunun döyüşə girmədən geri çəkilməsi,
1806-
1807 ci illərin kəskin qışı və Polşa vətənpərvərlərinin müqaviməti Napoleonu Varşavada durmağı məcbur edir. Burada o
grafinya Valevskaya ilə uzun müddətli məhəbbət romanı yaşayır. Nəticədə bir uşaq dünyaya gəlir.
Əvvəl
8 fevral 1807-ci ildə
Prussişe Eylau döyüşü və sonra
14 iyun 1807-ci ildə
Friedland döyüşünün ardınca
7 iyulda Fransa Russiya və Prussiya arasında
Tilsit sülhü bağlanılır. Bu sülh Prussiya üçün bir fəlakət idi. Prussiya
Elbadan qərbdəki ərazilərindən yeni yaradılmış Vütenberq krallığının xeyrinə məhrum olmuş olur. Polşa əyaləti isə Varşava Böyük hersoqluğuna çevrilir. Beləliklə Prussiya ərazisinin yarısını itirmiş olur eyni zamanda daha yüksək təzminat ödəməklə yanaşı kiçik ordu saxlamaqla kifayətlənməli olur.
Avropa qitəsi demək olar ki, tamamilə Napoleonun hakimiyyəti altına keçmiş olur ki, bu da Böyük Britaniyanın izolə olunması demək idi. Napoleon
Böyük Britaniyaya qarşı Avropa qitəsi boyu ticarət baykotu – "
qapalı qitə siyasəti" yürüdür.
Ölümü
Müqəddəs Yelena adasında ikən Napoleon öz memuarlarını yazır. Səhətinin get-gedə pisləşməsilə
5 may 1821-ci ildə vəfat edir. Meyidi yarıldıqdan sonra
9 mayda dəfn edilir.
Atopsiyanın nəticəsinə görə Napoleon qanaxma ilə fəsadlaşmış mədə xərçəngindən vəfat etmişdir.
[18]
Onun zəhərlənməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.