Nizami Gəncəvi
![]() |
Həyatı
Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 12 mart 1209-cu ildə Gəncədə vəfat etmişdir.
Nizami Gəncəvi təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Ana dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.
Ölüm günü
Nizami Gəncəvinin məqbərəsində 1947-ci ildə aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşda olan yazı onun qriqorian təqvimi ilə 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyini güman etməyə əsas verir[2].
Yaradıcılığı
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. Qələmə aldığı "Xosrov və Şirin" poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə "Leyli və Məcnun" mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə "Leyli və Məcnun" poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına "Yeddi gözəl" əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı "İsgəndərnamə" (təqr. 1203) poemasını qələmə almışdır.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.
Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami Gəncəvi Gəncədə anadan olub. Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.
Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.
Xəmsə
Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan[4] Sirlər xəzinəsi poeması, şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir.
Nizami “Sirlər Xəzinəsi”ndə əsas mətləbə başlamazdan əvvəl tövhid, nət, merac, əsərin ithaf edildiyi şəxsə xitab, kitabın yazılması səbəbi və sonda xətmi-kitab, habelə hər bir nəzəri məqalətə aid yalnız bir didaktik hekayə vermək kimi formaər olsa da,[5] böyük həcmli didaktik poemalarda bu bəhrdən istifadə edilməsi haqqında heç bir məlumat yoxdur. “Sirlər Xəzinəsi”ndən əvvəl yazılmış didaktik poemalar isə Əruzun Həzəc bəhrində yazılmışdır.
Nizaminin ədalətli insan cəmiyyəti haqqında siyasi-ictimai-əxlaqi fikir və düşüncələri, şarin epik-lirik janrda ilk qələm təcrübəsi olan "Sirlər Xəzinəsi"ndə hər biri ayrı-ayrılıqda bitkin bir sənət əsəri olan iyirmi məqalət və müqəddimədəpərakəndə halda, dağınıq verilmişdir. Bu pərakəndəliyə baxmayaraq iyirmi əsas məqalət və bədii müqəddimədə qoyulmuş mövzu və ideyalar məntiqi surətdə bir-biri ilə bağlanıb əsərin vahid mövzu və idgotler siz wiki bilmisiz nedi men deyim nizmi kim olub sadce got gijdillax
Nn eyasını ifadə edir. İctimai əmək, yüksək və aşağı təbəqə üzvlərinin əxlaqi keyfiyyətləri, cəmiyyətin qurulmasında şer və şairin rolu kimi mövzu və ideyalar bütünlükdə baş mövzunun, ədalətli insan cəmiyyəti haqqında fikir və düşüncələrin işıqlandırılmasına xidmətdədir.
H. Araslı “Sirlər Xəzinəsi”nin əsas ideya və mövzusunun ədalət və əmək mövzusu olduğunu, ümumiyyətlə bu mövzuda dövrün mühüm ictimai-siyasi və əxlaqi məsəllərinin öz əksini tapdığını qeyd edir.[6] Y. E. Bertels “Sirlər Xəzinəsi”nin mövzusundan danışdıqda əsərin əsasında şairin ədalət və əmək haqqında fikirləri, verilən sözün üstündə durmaq, rəhmli olmaq, qızıla nifrət, həqiqi dostluq kimi əxlaqi məsələlərin durduğunu göstərmişdir.[7] F. Qasımzadə “Sirlər Xəzinəsi”nin ayrı-ayrı məqalələrində qoyulmuş mövzu və ideyaları əsasən ədalət, əmək və əxlaq kimi üç istiqamətdə qruplaşdırıb təhlil etməyin mümkün olduğunu qeyd edir.[8]
Nizami özünün ədalətli quruluş haqqındakı fikirlərinin ilk bədii ifadəsi olan “Sirlər Xəzinəsi”ndə hələ şah və hakimlərə nəsihət etmək yolu ilə onların islah ediləcəyini güman edirdi. Buna görə də, tarixdən və əfsanələrdən aldığı şahları özünün idealı kimi verib, müasiri olan şahlara təsir etmək istəyirdi. Nizaminin tarixdən alıb ideallaşdırdığı şah obrazlarından biri, adı ədalətli şah kimi xalq arasında yayılmış Nuşirəvandır. “Sirlər Xəzinəsi”ndə təsvir edilən Nuşirəvan hakimiyyətinin ilk dövründə zülmkar bir şahdır. O, çox zülm etdiyi üçün ölkəsi dağılıb, rəiyyəti zülm və əziyyətlə yaşayır. Lakin hökmranlığının sonrakı mərhələsində oxucu bu zülmkar şahın dəyişikliyinin şahidi olur. Şah, quşların dili ilə deyilmiş bir neçə kəlimə sözdən ibrət alıb, ədalətli bir hökmdara çevrilir
Hiç yorum yok:
Yorum Gönder