20 Ocak 2017 Cuma

Mirzə Fətəli Axundov

                           Mirzə Fətəli Axundov

Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə) (1812-ci ilNuxa – 1878-ci ilTiflis) — Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi.

Həyatı

Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. [1]
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir.
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və Tbilisi botanika bağında yerləşən müsəlman məzarlığında dəfn olunmuşdur.

Yaradıcılığı

Axundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi
Axundzadə M. F. 2.jpg
TəxəllüsüSəbuhi
Doğum tarixi30 iyun 1812
Doğum yeriNuxa (Şəki)
Vəfatı10 mart 1878 (65 yaşında)
Vəfat yeriTiflis
AtasıMirzə Məhəmmədtağı
AnasıNanə xanım
UşaqlarıNisə xanım, Rəşid Axundov
Peşələriyazıçı-dramaturq, materialist filosof, ictimai xadim
Milliyyətiazərbaycanlı
KaryeraXIX əsr
Əsərlərinin diliAzərbaycanca, farsca, ərəbcə
İlk əsəriŞərq poeması
MükafatlarıMüqəddəs Anna ordeni
IMDbID 1597632

Hiç yorum yok:

Yorum Gönder

Ömər Xəyyam

                                 Ömər Xəyyam Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri  ( fars   عُمَر خَیّام نیشابوری ); ...