21 Ocak 2017 Cumartesi

Hacı Zeynalabdin Tağıyev

                      Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağıyev — Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı.

Həyatı[redaktə | əsas redaktə]

Erkən illəri

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işine qoyur . 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev Tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı Tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında onun dəsti-xətti hiss edilir.

Biznes fəaliyyəti

Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən idi.

Neft sənayesi və nəqliyyat

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan "H.Z.Tağıyev" şirkətini yaradır. Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır.
1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də torpaq payı icarəyə götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü torpaqdan neft fəvvarə vurur. "H.Z.Tağıyev" adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verir, ən yeni avadanlıq quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o həm də neft zavodları alır. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layıq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 kq) neft hasil edir.
"Mazut" şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Çolaq Ağabala Quliyevin başçılığı ilə "Bakı-Batum" neft kəməri aksioner şirkətini yaradırlar. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamancını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb Xəzər sahilini Qara dəniz sahiliylə birləşdirəcəkdi. Bakı neft okeanlara, uzaq-uzaq ölkələrə, beynalxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə tamamlamışdılar.

Toxuculuq sənayesi

1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil etmişdir.

Balıqçılıq sənayesi

İmperator II Nikolayın qardaşı böyük knyaz Mixail Aleksandroviç polyak qızına evlənib, taxt-tacından əl götürəndən sonra Tağıyevdən xahiş edir ki, Yevlax ətrafı meşələrdə ov edib dincəlməyə ona icazə versin. O, Hacıya cəvahiratla bəzədilmiş bir qızıl çarka (peymanə) bəxşiş göndərmişdi. Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, DərbəndPort-Petrovsk daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmışdı. Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürmüşdü.
1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olmuşdur. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etmişdir.

Mülkiyyəti

O, üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu sarayın hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Bariyantinski, digəri Starıy politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır; hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biri sayılır. Layihənin müəllifi Yuzef Qoslavski əsasən Avropa order memarlıq üslübundan istifadə edib, fərdi kompozisiya yaradıb. Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhəng qaz fanarı yanırdı.

Xeyriyyəçilik

Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fəsaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvələrindən başlayır. Bu da təsadüfü deyildi. 1905-ci il inqilabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır.
İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa "Nəşr və maarif", "Nicat" cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.
O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə bir çarə qıl. O da, o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyimanı (indiki şirniyyat fabrikini) düstaqxana üçün verir. Digər istinadlara əsasən, Bakıya yüksək rütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək lazımsa, utanmayın, söyləyin, mən padşahlıqdan heç nə müzayiqə edən deyiləm. Yüksək rütbəli şəxs izah edir ki, "dustaqları Nargin adasında saxlayırıq, işçilər gedib-qayıtmağa çox vaxt sərf edirlər. Həm də əziyyət çəkirlər; mümkünsə bu işdə bizə kömək edin". Hacı Zeynalabdin tikilib qurtarmış dəyirman binasını dustaqxana üçün hökümətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırır, orda dəyirman tikdirir. Özü və ailəsi yaşamaq üçün fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və vaxtaşırı orda qalırdılar.

Ölümü

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.
Nəriman Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edildi.

Şəxsi həyatı

Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadiq və qızı Xanım. İkinci arvadı məşhur generalleytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürayya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd "Dikaya diviziya"-nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür.
Hacı Zeynalabdin Tağıyev
Hacı Zeynalabdin Tağıyev

Məhəmməd Əmin Rəsulzadə

                           Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə (Məmməd) (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d.  31 yanvar 1884Bakı – ö.  6 mart 1955Ankara) — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Həyatı

Ailəsi

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
  • Babası – Məhəmmədrəsul Rəsulzadə. Üç övladı olub: Ələkbər, Əbdüləziz, Dostuxanım. Məhəmmədrəsulun böyük oğlu Ələkbər Məhəmməd Əmin Rəsulzadənin atasıdır. Digər oğlu Əbdüləzizin üç övladı olub – Məhəmmədəli, Ümbülbanu, Ümgülsüm. Məhəmməd Əmin Rəsulzadə Əbdüləzizin – öz əmisinin böyük qızı – Ümbülbanu ilə evlənib. Ümbülbanu xanımın bacısı isə tanınmış şairə Ümgülsümdür ki, onun da həyat yoldaşı yazıçı Seyid Hüseyn olub. Məhəmmədrəsulun qız övladı olan Dostuxanım isə (M.Ə.Rəsulzadənin bibisi) 1930-cu ildə vəfat edib, onun övladı olmayıb. Məhəmmədrəsulun Novxanıdan başqa, həm də Bakıda – indiki Nizami metrostansiyasının yerində böyük mülkü olub.
  • Atası – Axund Hacı Molla Ələkbər Rəsulzadə. Novxanı kəndinin çox tanınmış axundu olub. 1926-cı ildə dünyasını dəyişib. Məzarı Novxanı kənd qəbirstanlığındadır. M.Ə.Rəsulzadənin İstanbulda nəşr etdiyi “Yeni Qafqasiya” jurnalının 1927-ci ildəki sayında onun ölümü haqqında məlumat verilib.
  • Anası – Zal qızı Ziynət rəhmətə gedib. Analığı Maral xanım Məhəmməd Əminə və bacısı Şəhrəbanı xanıma doğma övladları kimi baxıb. Çox alicənab olan Maral xanım 1929-cu ildə Kərbəla ziyarətinə gedib. 1937-ci ildə Qazaxıstana sürgünə göndərilib və orada vəfat edib.
  • Bacısı – Şəhrəbanu xanım. M.Ə.Rəsulzadənin yeganə bacısı olub. Təqiblər, sıxıntılar onun həyatına 1934-cü ildə son qoyub. Qızı Kübra xanım M.Ə.Rəsulzadənin oğlu Rəsula nişanlanıb. Sonradan Rəsul güllələndiyindən onlar ailə həyatı qura bilməyib.
  • Həyat yoldaşı – Ümbülbanu Rəsulzadə. M.Ə.Rəsulzadənin həyat yoldaşı olan bu xanım onun əmisi qızı idi. 1888-ci ildə anadan olub. M.Ə.Rəsulzadə onunla 1908-1909-cü illərdə ailə qurub. Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq M.Ə.Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda – sovxozda məskunlaşıblar. Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1939-cu ildə dünyasını dəyişib, elə orada da dəfn edilib.[4]
  • Qızı Lətifə – M.Ə.Rəsulzadənin ilk övladı və böyük qızı olub. 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını Müsavat Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.[5]
  • Qızı Xalidə – M.Ə.Rəsulzadənin kiçik qızı Xalidə (1916-cı ildə anadan olub) anasının ölümündən sonra Qazaxıstanda – Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır.
  • Oğlu Rəsul – M.Ə.Rəsulzadənin iki oğul övladı olub. Rəsul və Azər. Oğlu Rəsul 1918-ci ildə anadan olub. Texnikumda təhsil alıb. Rəsulun şeir yazmaq istedadı da olub. 1934-cü ildən təqib edilib. 1937-ci ilin iyulun 15-də Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnib.
  • Oğlu Azər – kiçik oğlu Azər M.Ə.Rəsulzadə həbsdə olarkən 1920-ci ildə doğulub. M.Ə.Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəl adı Əliheydər olub) Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda – Karaqandada dünyasını dəyişib və Novxanı məzarıstanlığında dəfn edilib.
  • Nəvəsi Rəis Rəsulzadə – Azər bəyin oğludur. 1946-cı ildə sürgündə - Qazaxıstanın Taldı-Kurqan bölgəsində anadan olub, orta təhslini də orada – Karaqandada alıb. Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent olaraq çalışır
  • Həbs edilən qohumları

    1937-ci il hadisələrində M.Ə.Rəsulzadənin nəinki ailəsi, eyni zamanda əksər qohumları da həbs edildi, sürgünə göndərildi. Bacanağı, tanınmış yazıçı Seyid Hüseynə 1937-ci ildə 10 il həbs cəzası verildi, sonradan isə güllələndi. Seyid Hüseynin həyat yoldaşı şairə Ümgülsüm xanım həbs olunaraq 8 il azadlıqdan məhrum edildi, uzaq Mordovaya göndərildi. Övladları Seyid Hüseynin bacısı qızı Səyyarə xanımın himayəsində yaşadı. M.Ə.Rəsulzadənin digər qohumunun - Məhəmməd Əli Rəsuloğlunun da ailəsinin aqibəti acınacaqlı olub. M.Ə.Rəsulzadənin yaxın əqidə dostu olan M.Ə.Rəsuloğlu onun əmisi oğlu və Müsavat Partiyasının qurucusu idi. Özü mühacirətə getdikdən sonra həyat yoldaşı Raziyə xanımı üç övladı ilə birgə Qazaxıstana sürgünə göndərdilər.
    M.Ə.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə – Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (bu təxminən 1925-1926-cı illərdə olub) qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Ə.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində M.Ə.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.
    M.Ə.Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladları olmayıb. Vanda xanım 1885-ci ildə Varşavada anadan olub, Varşava Universitetini bitirib. Onun Marşal Pilsudski ilə, eyni zamanda 1930-cu illərdə Polşanın Xarici İşlər Naziri olmuş Beklə qohumluq əlaqəsinin olduğu bildirilir. O, 1974-cü ildə dünyasını dəyişib və Ankara şəhərindəki “Cəbəçi” (Əsri) qəbirstanlığında dəfn edilib.
  • Məhəmməd Əmin Rəsulzadə
    Məmməd Əmin Rəsulzadə

20 Ocak 2017 Cuma

Heydər Əliyev

                               Heydər Əliyev

Heydər Əlirza oğlu Əliyev (d. 10 may 1923NaxçıvanZSFSR,[5] SSRİ — ö.  12 dekabr 2003, Klivlend, Ohayo, ABŞ) — Azərbaycanın görkəmli siyasi və dövlət xadimi,[6] Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993-2003), "Ulu öndər"[7] və "Azərbaycan xalqının ümummilli lideri"[8] titullarının rəsmi daşıyıcısı.

Həyatı

Ümumilli lider Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.[9] 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.[10] Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,[11]1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[12] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1965-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.[12][13] H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.[14]
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[15] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[16]1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.[17]
Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı,[18] 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985),[19] Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.[20][21]
Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.[22]
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[10]
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.[23] Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.[24]
Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[25]
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr[26] və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin[27] qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.[28]
1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.
Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.[28]
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[29]
Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[30]
Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.[30] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.
2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevinxeyrinə geri götürmüşdü.[31][32]
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il Dekabrin 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.[33]
Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, beş dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

Mükafatları, təltifləri və fəxri adları[redaktə | əsas redaktə]

SSRİ dövrü[redaktə | əsas redaktə]

  1. "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı - 1945
  2. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı - 1945
  3. "Sovet Ordusunun və Donanmasının 30 illiyi" yubiley medalı - 1948[34]
  4. "Əmək rəşadətinə görə" medalı - 1949[35][36]
  5. "Döyüş xidmətlərinə görə" medalı - 1954[37]
  6. "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı - 1957
  7. II dərəcə "Nümunəvi xidmətə görə" medalı - 1959
  8. "DTK-nın fəxri əməkdaşı" nişanı - 1960
  9. "Qırmızı Ulduz" ordeni - 1962[14][38][39]
  10. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı - 1964
  11. I dərəcə "Nümunəvi xidmətə görə" medalı - 1964
  12. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı - 1965
  13. "Sovet milisinin 50 illiyi" yubiley medalı - 1967
  14. "ÜFK-DTK-nın 50 illiyi" nişanı - 1967
  15. "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı - 1967
  16. "SSRİ Sərhəd Qoşunlarının 50 illiyi" yubiley nişanı - 1968
  17. "V.İ.Leninin anadan olmasının 100 illiyi şərəfinə rəşadətli əməyə görə" yubiley medalı - 1970
  18. 5 dəfə Lenin ordeni (1971, 1973, 1976, 1979, 1983)[40]
  19. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı - 1975
  20. "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı - 1978
  21. Sosialist Əməyi Qəhrəmanı (1979, 1983)
  22. "Oktyabr İnqilabı" ordeni - 1982
  23. Sov.İKP MK-nın "Политическое самообразование" jurnalı redaksiya heyətinin Fəxri Fərmanı - 1982
  24. "Kiyevin 1500 illik yubileyinin xatirə" medalı - 1982
  25. "Georgi Dimitrovun anadan olmasının 100 illiyi" yubiley medalı - 1982[41]
  26. Georgi Dimitrov ordeni - 1983[42]
  27. "Komsomolsk-Amurun 50 illiyi" yubiley nişanı - 1984
  28. ÜİLKGİ MK-nın "60 il V.İ.Leninin adı ilə" fəxri nişanı - 1984
  29. "Qırğızıstan SSR- in və Qırğızıstan Kommunist Partiyasının 60 illiyi" xatirə medalı - 1984
  30. "25 il Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti" medalı - 1985
  31. "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı - 1985
  32. I dərəcəli Vətən Müharibəsi Ordeni - 1985[43][44]
  33. "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı - 1988

Müstəqillik dövrü[redaktə | əsas redaktə]

  1. Tbilisi Dövlət Universitetinin fəxri doktoru - 1996[45]
  2. Kiyev şəhərinin fəxri qonağı - 1997[46]
  3. Türkiyə-Azərbaycan Dostluğu Vəqfinin fəxri sədri - 1997
  4. Hyüston-Bakı Assosiasiyasının fəxri üzvü - 1997
  5. Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının "1997-ci ilin adamı" mükafatı - 1997
  6. Milli Olimpiya Komitələri Assosiasiyasının "Ləyaqət" mükafatı - 1997
  7. "Ankara iş qadınları" cəmiyyətinin "1997-ci ilin görkəmli dövlət adamı" mükafatı - 1997
  8. "Ankara iş qadınları" cəmiyyətinin "1998-ci ilin dövlət adamı" mükafatı - 1998[47]
  9. "Ankara iş qadınları" cəmiyyətinin "2001-ci ilin müdrik dövlət adamı" mükafatı - 2001
  10. "Ankara iş qadınları" cəmiyyətinin "2002-ci ilin dövlət adamı" mükafatı - 2002[48]
  11. Kırkpınar yağlı güləş yarışlarının "Baş Ağası" - 1998[49]
  12. Qars şəhər bələdiyyəsinin "1997-ci ilin insan haqları" mükafatı - 1998[50]
  13. Türk Sənayeçiləri və İş adamları vəqfinin "İlin dövlət adamı" mükafatı - 1998[51]
  14. Türk Sənayeçiləri və İş adamları vəqfinin "İlin dövlət adamı" mükafatı - 1999
  15. Türk Sənayeçiləri və İş adamları vəqfinin "Üstün xidmət və başarı mükafatı" - 2002[52]
  16. Türk Sənayeçiləri və İş adamları vəqfinin fəxri sədri - 2002
  17. Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin[53] "Türk dünyasına xidmət" mükafatı[54] - 1998[55]
  18. Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin "Türk dünyasının 2001-ci il xüsusi mükafatı" - 2002[52]
  19. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü - 1998
  20. Rusiyanın Saratov vilayətindəki "Yurd" Cəmiyyətinin fəxri üzvü - 1998[56]
  21. Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin "Beynəlxalq türk dünyası qohum millətlərin yaxınlaşması mükafatı" - 1998
  22. Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin "Türk dünyası qardaşlıq və dostluq mükafatı" - 2000
  23. Türkiyənin Bayburt diyarının "Dədə Qorqud" mükafatı - 1998[57]
  24. Türkiyənin İzmir şəhərinin Qarşıyaka bələdiyyəsinin "İnsan haqları" beynəlxalq mükafatı - 1998[57][58]
  25. Türkiyənin İpək Yolu Vaqfının fəxri üzvü və mükafatı - 1998[57]
  26. Türkiyənin İpək Yolu Vaqfının 1998-ci il "Böyük lider" mükafatı və vəqfin fəxri sədri - 1999
  27. Türkiyənin İpək Yolu Vaqfının " 1999-cu ilin dövlət adamı" mükafatı - 2000
  28. Türkiyənin İpək Yolu Vaqfının "2001-ci ilin dövlət adamı" mükafatı - 2001
  29. Türkiyənin İpək Yolu Vaqfının "2002-ci ilin siyasət adamı" mükafatı - 2003
  30. Türkiyənin "Siyasət" jurnalının "İlin şərəf mükafatı" - 1998
  31. Türkiyənin "Siyasət" jurnalının "İlin dövlət adamı mükafatı" - 2003[59]
  32. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri - 1998
  33. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin "Günümüzün ən dözümlü adamı" mükafatı - 1999
  34. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 2002-ci ilin "Baş müəllim Atatürk" mükafatı - 2002
  35. Beynəlxalq Bioqrafiya Mərkəzinin (İngiltərəKembric) "Dünyanın XX əsrdə görkəmli xadimi" mükafatı - 1999[60]
  36. Azərbaycan Respublikası Əsilzadələr Məclisinin 1 nömrəli şəhadətnaməsi - 1999
  37. İ.Y.Yakovlev adına Ümumçuvaşiya Milli Mükafatı - 2000
  38. Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının "Nika" mükafatı - 2000
  39. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının fəxri mükafatı - 2001
  40. "Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin "Jurnalistlərin dostu" mükafatı - 2002[61]
  41. "Rusiyanın Milli Şöhrəti Mərkəzi"nin "Sivilizasiyaların dialoqu" beynəlxalq Andrey Pervozvannı mükafatı - 2002[62]
  42. Avrasiya teleforumunun mükafatı və diplomu - 2002
  43. Türkiyənin "Samanyolu" televiziya kanalının "Medianın dostu" mükafatı - 2002[63]
  44. Məmməd Araz mükafatı - 2003
  45. Türkiyənin "Zaman" qəzetinin "Avrasiyada sülh və dialoq" beynəlxalq mükafatı - 2003
  46. Moskva Hüquq Akademiyasının fəxri doktoru - 1997[64]
  47. İzmir şəhərindəki "Doqquz Eylül" Universitetinin fəxri doktoru - 1997[65]
  48. İstanbul şəhərindəki "Fatih" Universitetinin fəxri doktoru - 1997[66]
  49. Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru - 1997[67]
  50. Daşkənd Dövlət Universitetinin fəxri doktoru - 1997[68]
  51. Türkiyə Respublikasının ən yüksək mükafatı - "Dövlət nişanı" - 1997[69][70]
  52. Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni - 1997[71]
  53. İzmir şəhərindəki Egey Universitetinin fəxri doktoru - 1998
  54. Atatürk adına Ərzurum Universitetinin fəxri doktoru - 1998[72]
  55. İsgəndərin şəhərindəki Universitetin fəxri doktoru - 1999
  56. İsparta Universitetinin fəxri doktoru - 1999[73]
  57. Beynəlxalq Kadr Akademiyasının "Elm və təhsilin inkişafına görə" beynəlxalq ordeni - 1998[74]
  58. Türkiyənin ən nüfuzlu mükafatı "Atatürk Beynəlxalq Sülh Mükafatı" - 1999
  59. Osmanqazi Universitetinin fəxri doktoru - 2000
  60. Rusiya Rəssamlıq Akademiyasının "Ləyaqət" qızıl medalı - 2000
  61. Ankara Universitetinin fəxri doktoru - 2001[75]
  62. Beynəlxalq Mühəndislik Akademiyasının "Böyük qızıl medalı" - 2001
  63. Ukraynanın "Qızıl tale" Beynəlxalq Açıq Məşhurluq Reytinqinin "Qloriya Populi" qızıl ulduzu - 2001[76]
  64. Rus Pravoslav Kilsəsinin (RPK) I dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni - 2001[77]
  65. Gürcüstanın ali mükafatı - "Qızıl runo" ordeni - 2001[78]
  66. Bursa şəhərindəki Uludağ Universitetinin fəxri doktoru - 2002
  67. Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki - 2002
  68. Qars şəhərindəki Qafqaz Universitetinin fəxri doktoru - 2002
  69. Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının fəxri üzvü - 2002
  70. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru - 2002
  71. Kırıkqala Universitetinin fəxri doktoru - 2003
  72. Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına mükafat - 2003[79]
  73. ABŞ-ın Linkoln Universitetinin fəxri doktoru - 2003[80]
  74. Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru - 2003[81]
  75. Avropa Güləş Federasiyasının "Qızıl boyunbağı" fərqlənmə nişanı - 2002[82]
  76. Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalı - 2002[52]
  77. Fransa Respublikasının "Fəxri Legion" ordeninin Böyük Xaçı - 2003[83]
  78. Rusiyanın ən yüksək mükafatı - "Müqəddəs Apostol Andrey Pervozvannı" ordeni - 2003[84]
  79. Uşaq Fondları Beynəlxalq Assosiasiyasının Lev Tolstoy adına beynəlxalq qızıl medalı - 2003[85]
  80. Ukraynanın mədəniyyət ictimaiyyətinin "Şərəf"' ordeni - 2003[86]
  81. Ankara şəhərindəki Hacəttəpə Universitetinin fəxri doktoru - 1994[87]
  82. Bakı Dövlət Universitetinin fəxri doktoru - 2000
  83. Moskva Dövlət Universitetinin fəxri professoru - 2002[88]
  84. Texas ştatının fəxri vətəndaşı - 1997
  85. Türkiyənin "Nərgiz TV" kanalının 1997-ci il üçün "Dünyada ilin adamı" mükafatı - 1998[89]
  86. Azərbaycanda ilin adamı mükafatı (2002, 2003)[90]
  87. Şeyxülislam Ordeni - 2005 (vəfatından sonra)[91]

Ömər Xəyyam

                                 Ömər Xəyyam Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri  ( fars   عُمَر خَیّام نیشابوری ); ...