16 Aralık 2017 Cumartesi

Firdovsi

                                    Firdovsi

Firdovsi (d. 935–1020, tam adı: Əbülqasim Həsən bin Əli Tusifarsca: حکیم ابوالقاسم فردوسی توسی) - İran ədəbiyyatının görkəmli simalarında biri.
Firdovsi Sultan Mahmud Qəznəvinin zamanında yaşamışdır. O əsərlərində Ərəb sözlərindən yayınmağa cəhd etmiş ilk İranşairlərindən biridir. Dünya şöhrətli Şahnamə əsəri üzərində 30 il zəhmət çəkmiş və dünya ədəbiyyatının ən gözəl incilərindən birini yaratmışdır.
Firdovsi Fars dilindən əlavə, Ərəb və Pəhləvi dillərini də kamil bilmişdir.



                                          Şahnamə



Şahnamə (fars شاهنامه)- böyük İran-fars şairi Əbülqasım Firdovsinin məşhur əsəridir. Bu əsər qədim İran tarixi, onun şahları və pəhləvanları haqqında olub Firdovsinin ən məşhur əsəri sayılır. Şahnamə poeması bütün dünyada şöhrət qazanmış və bir çox dillərə tərcümə edilmişdir.
Şahnamə İran şahları, onların həyatını şeir formasinda əks etdirir. Şahnamə altmış min beytdən ibarətdir. Bu əsərin ilk nüsxəsi Moskvada çap olunub.
Şahnamə İranşünasliq elmində əhəmiyyətli mənbə olub İranın qədim tarixi haqqında geniş təsəvvür yaratmağa imkan verir. Bu kitabda əfsanəvi İran-Turan muharibələrindən də söz açılır.
Firdovsi Şahnamədə nəinki özünü dahi söz ustadı kimi göstərir, həmçinin dövrünün siyasi və ictimai problemlərinə də toxunur.
İran ziyalilarindan bəziləri (o cümlədən Əhməd Şamlu), Firdovsinin bu əsərdə qadınlara qarşı tutduğu mövqeni tənqid etmişlər.

Hiç yorum yok:

Yorum Gönder

Ömər Xəyyam

                                 Ömər Xəyyam Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri  ( fars   عُمَر خَیّام نیشابوری ); ...