23 Eylül 2017 Cumartesi

Nikola Tesla

                                   Nikola Tesla

Nikola Tesla (serb-kiril Никола Тесла10 iyul 1856SmilyanXorvatiya – 7 yanvar 1943Nyu-YorkABŞ) — müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı.
Tesla 1884-cü ildə ABŞ-ın Nyu York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün, maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformator, müşavir kimi qısa müddət ərzində Tesla üçün kirayələnən Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb.
Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyanenerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk (1893) bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektini qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi. Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator/generatorlar ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı.
Tesla nailiyyətlərinə görə məşhurlaşdı və sonda tipik "çılğın alim" kimi populyar mədəniyyətdə şöhrət qazandı.Patentləri ona xeyli pul qazandırdı və uğurundan müxtəlif dərəcədə öz layihələrinin maliyyələşdirilməsi üçün istifadə etdi.:121,154 O, həyatının çoxunu — təqaüdə çıxana kimi müxtəlif Nyu York otellərində yaşayıb. Tesla 7 yanvar 1943-cü ildə vəfat etdi. Onun yaradıcılığı vəfatından sonra unudulmağa başlayıb, ancaq 1960-cı ildə Çəki və Ölçülər üzrə Baş Konfrans Beynəlxalq Sistemlərdə onun şərəfinə maqnit induksiyasının vahidini tesla adlandırıb. Teslaya aid hekayələrə 1990-cı illərdən bəri populyar mədəniyyətdə yenidən maraq oyanıb.
                Tesla, 40 yaşında. Təxminən 1896-cı il

İlk illər (1856-1885)


Nikola Tesla 10 iyul 1856-cı ildə Avstriya İmperiyasının Smilyan kəndində (hal-hazırda Xorvatiya) Serb ailəsində dünyaya gəlib. Onun atası Milutin Tesla Ortodoks keşiş idi. Teslanın anası Duka Tesla Serb epik poemalarını əzbərləmək bacarığına, mexaniki cihazlar və ev işi vasitələri hazırlamaq kimi istedadlara malik idi. Duka heç vaxt rəsmi təhsil almamışdı. Tesla eidetik yaddaşın və kreativ bacarıqların ona anasından keçdiyinə inanırdı. Teslanın ulu-babası 

Aralıq illər (1886–1899)

Tesla Edisonun şirkətini tərk etdikdən sonra, Robert Leyn və Benjamin Vale adlı iki biznesmenlə 1886-cı ildə tərəfdaş oldu. Onlar Teslanın adını daşıyan Tesla Elektrik İşığı və İstehsalat şirkətinin (ing. Tesla Electric Light & Manufacturing) maliyyələşdirmək üçün razılığa gəldilər.[35] Şirkət Tesla tərəfindən hazırlanmış işıqlandırma sistemləri əsasında elektrik qövs lampasını yaratdı. Bu həm də ABŞ-da Teslanın tamamladığı dinamo elektrik maşınqayırma kollektorları üçün ilk patent layihəsi idi.
Sərmayədarlar mühərrik və elektrik ötürücü avadanlığın yeni növləri üçün Teslanın ideyalarına az maraq göstərdi və görünürdü ki, bu elektrik paylayıcı yeni sistem icad etməyə nisbətən daha yaxşı inkişaf idi.[36] Onlar sonda Teslanı pulsuz halda başqa yerə getməyə məcbur ediblər. O hətta şirkətin səhmlərinə pul ayırdıqdan bəri patentlərinə nəzarəti itirdi.[36] O müxtəlif elektrik təmiri işlərində işləməli və hətta günlük 2$ üçün məhsulları yükləməli idi. İnsanların sədaqətinə inanmış Tesla , "dəhşətli baş ağrıları və acı göz yaşları zamanı" 1886/1887-ci ilin qışını bu haqda lazımınca düşündü. Bu vaxt ərzində o elminin dəyərinə şübhə ilə yanaşdı.

Rentgen təcrübələri


1894-сü ildən başlayaraq, Tesla əvvəlki təcrübələrdə öz laboratoriyasında zədələnmiş fotoplyonka gördükdən sonra, "görünməyən" növlü şüalanma enerjisi üzərində tədqiqlərə başladı (daha sonralar Rentgen şüaları kimi müəyyənləşdirildi).[65][66] Onun ilk təcrübələri soyuq katodlu elektrik yüklənnə borusu və Crokes borusu ilə olub. Bir müddət sonra Teslanın ilk elmi tədqiqatlarının böyük qismi—yüzlərlə ixtira modelləri, planlar, qeydlər, laboratoriya məlumatları, alətlər, fotoşəkillər, 50,000 $ məbləğində pul 1895-ci ilin martında 5-ci Avenyu laboratoriyasında yanaraq məhv oldu. The New York Times qəzetinə müsahibəsində Tesla deyir: “Mən həddindən artıq məyusam. Mən nə deyə bilərəm?”[67] Tesla qaz boşalma borusunun daha öncəki növlərindən olan Geissler borusu ilə Mark Tvenin işıqlandırılmış fotoşəklini almağa cəhd edən zaman təsadüfən rentgen təsvirlərini almışdı (1895-ci ilin dekabrında Vilhelm Rentgenin bir neçə həftəyə rentgen şüalarının kəşfi xəbərini verməzdən əvvəl). Təsvirdə alınmış bircə şey kamera fotoobyektivində bağlanmış metal vitn idi.[9]:134
1896-cı ilin martında Vilhelm Rentgenin rentgen şüasını və rentgen şüa təsvirlərini (rentgenoqrafiya) kəşf etdiyi xəbərini eşitdikdən sonra, öz layihəsi olan yüksək enerjili bir terminallı vakuum borusunun inkişafı və rentgen təsvirlərində öz fərdi təcrübələrini davam etdirdi. Tədqiq zamanı, Tesla Rentgen şüalarını almaq üçün bir neçə eksperimental qurğu hazırladı. Tesla öz sxemləri ilə cihazın adi qurğularla mümkün ola biləndən daha böyük güclü Rentgen şüaları hasil etməyə imkan verməsinə təsir etdi.[68]
1901-ci il iyulun 2-də Rentgen Teslaya məktub yazır. Məktubda deyilir:
"Əziz Cənab! Siz qəribə dərəcələrdən gözəl fotoşəkillərlə məni olduqca təəccübləndirmisiniz. Mən bunun üçün sizə çox böyük təşəkkürümü bildirirəm. Kaş ki mən bilərdim ki, siz belə şeyləri necə edirsiniz! Xüsusi hörmət ifadəsi ilə mən sizə sadiq yanaşıram, V. K. Rentgen." (Tesla Muzeyinin izni ilə, Belqrad, Serbiya; sənəd no. MNT, CXLIV, 152.) 
Tesla vahid qovşaqlı rentgen şüaları hasil edən qurğular və öz sxemləri ilə işlərin təhlükəli olduğunu müşahidə edib. Onun bir çox qeydlərində bu hadisənin araşdırılmasına başlayan zaman o, müxtəlif səbəblərə görə dərinin zədələnməsini təyin edib. O, tezliklə dəriyə zərərin Rentgen şüaları ilə əlaqədar olmadığını başa düşdü, zədələnmələr ancaq ozonla və daha az dərəcədə nitrit turşusunun dəri ilə təmasda olmasından yaranır. Tesla səhvən hesab etdi ki, Rentgen şüaları plazma daxilində yaranmış dalğalar kimi uzununa dalğalardır. Bu plazma dalğaları sərbəst-qüvvəli maqnit sahələrində yarana bilər.

Radio

Radio dalğalarla ötürmənin mümkünlüyü barədə Teslanın nəzəriyyələri Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən Franklin İnstitutuMissuri ştatının Sent-Lüis şəhəri (1893) və National Electric Light Associationdakı nümayişlər və mühazirələrə kimi gedib çıxır.[74] Teslanın nümayişləri və prinsipləri haqqında müxtəlif kiv vasitələrində geniş şəkildə yazılıb.[75]Tesla Sarğacı kimi bir çox cihazlar radionun daha da inkişafında istifadə edilmişdir.

Tesla 1896-cı ildə radio dalğa təcrübələrini yaşadığı Gerlax otelində (sonradan Radio Dalğa binası adlandırılıb) aparıb.[77]
1898-ci ildə Tesla Medison Meydanı Bağında (ing. Madison Square Garden) elektrik sərgisi zamanı "teleautomaton" adlandırdığı radio idarə olunan qayığı nümayiş etdirdi.[42] Bura toplaşan insanlar qayığın içərisində gizlədilmiş təlim keçmiş meymun tərəfindən idarə olunması və telepatiya, sehrbazlıq kimi dəhşətli iddialar ilə çıxış etdilər.[78] Tesla məsafədən idarə olunan torpedo növü kimi ABŞ hərbçilərinə öz ideyasını satmağa çalışdı, ancaq onlar buna az maraq göstərdi.[79] Uzaqdan radio idarə olunma bir sıra ölkələrin hərbi proqramlarda istifadə olunmasına kimi—birinci dünya müharibəsi və ondan sonraya qədər də yeni bir ideya kimi qalıb.[80] Tesla 13 may 1899-cu ildə Kolorado Sprinqsə gedərkən, Çikaqoda Kommersiya Klubunun yığıncağı üçün nitqində bir də “Teleautomatics”i nümayiş etdirmək imkanı əldə etdi.
1900-cü ildə elektrik ötürməsi və elektrik enerjisinin ötürmə sistemləri üçün patentlərə maliyyə yardımı edildi. Qulyelmo Markoni 1901-ci ildə özünün məşhur birinci transatlantik radio ötürməsini hazırlayanda, Tesla istehza ilə deyib ki, bu 17 Tesla patenti ilə edilib. Bu 1902-cü ildə Teslanın patentlərinin təsdiq olunması, ardınca isə 1904-cü ildə Markonin lehinə qərarın dəyişilməsi ilə radio üzərində patent mübarizəsinin başlanması idi. 1943-cü ildə Birləşmiş Ştatların Ali Məhkəməsi qərarla Tesla, Con Stoun və Oliver Locun əvvəlki patentlərini bərpa etdi.[82]Məhkəmə bildirib ki, onların qərarının ilk radio ötürücünü əldə etmək kimi Markoninin iddiasına heç bir aidiyyəti yoxdur, sadəcə müəyyən patentlər üçün Markonin iddiası şübhəli olandan bəri , o həmin patent hüquqlarına iddia edə bilmədi.

Nobel mükafatı şayiələri

6 noyabr 1915-ci ildə Reuters informasiya agentliyi Londondan olan məruzəsində bildirib ki, Fizika üzrə Nobel Mükafatına bu il Nikola Tesla və Tomas Edison layiq görülüb. Lakin 15 noyabrda Reuters Stokholmdan olan xəbərində "Rentgen şüalarının köməyilə kristalın quruluşunun təhlilindəki xidmətlərinə görə" Ser Uilyam Henri Breqq və Uilyam Lorens Breqqin Fizika üzrə Nobel mükafatına layiq görüldüyünü bəyan edib.[9][112][113] Tesla və Edison mükafatdan imtina etməsi haqqında o vaxtlarda əsassız şayiələr var idi.[9] Nobel fondundan bildirilib ki,
"Onun mükafatdan imtina etmək niyyəti məlumdursa, o şəxsə Nobel mükafatı verilməmişdir. Odur ki, bu haqda istənilən şayiə gülməlidir."
Belə ki, o qalib olunduqdan sonra Nobel Mükafatını yalnız alan şəxs rədd edə bilər.[9]
Teslanın bioqrafları tərəfindən sonra iddialar var ki, Tesla və Edison Nobel mükafatını 1915-ci ildə ilk layiq görülənlər idi. Ancaq onlar arasında düşmənçilik münasibəti olduğundan mükafat nə Teslaya, nə də Edisona verilib. Hər kəs mükafatı qazanmaq üçün digər nailiyyətlərini və haqlarını minimuma endirməyə çalışırdı. Əgər başqaları mükafatı birinci qəbul etsəydi, hər ikisi mükafatı qəbul etmək üçün heç vaxt imtina etməzdi. Belə ki, hər ikisi makafatı paylaşmağın hər hansı bir mümkünlüyündən imtina edib. Hətta Teslanın 20000 $ pul mükafatını qazanmaması üçün daha imkanlı olan Edison bu mükafatdan imtina edib.
Bu söz-söhbətlərdən illər sonra , nə Tesla nə də Edison Nobel mükafatı qazanıb (baxmayaraq ki, Edison 1915-ci ildə mümkün 38 tender təklifinin birini və Tesla 1937-ci ildə mümkün 38 tender təklifinin birini aldı).

Sonrakı illər (1918–1943)

Tesla 1919-1922 –ci illər ərzində Miluokidə maşın istehsalçısı Allis-Chalmers[en]də işləyib.[116]
1928-ci ildə Tesla adi təyyarə kimi uçana qədər uçuş zamanı "tədricən qaldırıcı qurğularının manipulyasiyası vasitəsilə meyl edə bilən" və şaquli uçuş etmə qabiliyyətinə malik biplan[en] üçün sonuncu  patentini alıb.[117] Tesla fikirləşirdi ki, təyyarəni 1000 dollardan daha az qiymətə sata bilər. Təyyarənin güman ki, qeyri-praktik olmasına baxmayaraq, bu təyyarə rotorunda turbin mühərriklərin istifadəsi üçün ilk təklifli və eləcə də qaldırıcı rotorlu və qaldırıcı qanadlı konsepsiyaya üçün ilk tanınan layihə ola bilərdi.[118]
1934-cü ilin başlanğıcında, Vestinqauz Elektrik İstehsalı Şirkəti (ing. Westinghouse Electric & Manufacturing Company) hər ay Teslaya 125 dollar ödəməyə və eləcə də, Nyu Yorker otelində qalmaq haqqını ödəməyə başladı. Şirkət həmçinin Teslanın həyatının qalan hissəsinin xərclərini də ödəyə bilərdi. Bunun necə baş verməsi haqqında məlumatlar müxtəlifdir. Bir sıra mənbələr bildirirlər ki, Vestinqauz keçmiş ulduz ixtiraçının mövcudluğu altında yoxsul vəziyyətin əhatə etdiyi potensial pis təbliğata görə narahat olurdu.[119][120][121] Teslanın sədəqə qəbul etməyə nifrəti olması səbəbiylə, bu, "konsaltinq ödənişi" şəklində təqdim edilmiş, və ya alimin biroqraflarından birinin (Mark Seyfer) qeyd etdiyi kimi, məxfi hesablaşma kimi göstərilmişdir.[121]
1935-ci ildə illik ad günü şənliyində müsahibəsində Tesla yeraltı faydalı qazıntı yataqlarının dəqiq yerləşdiyi yerin müəyyən edilməsi və yeni ünsiyyət vasitəsi üsulu ilə bağlı hər hansı yerüstü məsafə üzərindən minimum itki ilə mexaniki enerji ötürülməsi qaydasını elan edib.[107]
1937-ci ilin payızında gecə yarısından sonra Tesla göyərçinləri yemləmək üçün kitabxanaya və ardınca kilsəyə getmək üçün Nyu Yorker otelini tərk edib. Otelin məhəllərindən bir neçəsinin küçəsini keçərkən hərəkət edən taksini keçə bilməyib və maşın onu vurub yerə aşırdıb. Teslanın kürəyi ağır bir şəkildə zədələnmişdi və qəza zamanı onun üç qabırğası sınmışdı. (aldığı yaraların tam miqyası heç vaxt məlum olmadı, Tesla demək olar ki, ömrü boyu adət etdiyi kimi həkimlə məsləhətləşməkdən imtina edib). Tesla günahkar barəsində heç bir məsələ qaldırmayıb və tibbi yardımdan imtina edib, yalnız taksi vasitəsilə mehmanxanaya götürülməsini xahiş edib. Tesla bir neçə ay yataq xəstəsi oldu və pəncərəsindən göyərçinləri yedizdirməyi davam etdirə bilmədi. 1938-ci ilin əvvəllərində Tesla nəhayət ayağa qalxa bilib. O dərhal daha çox məhdud miqyasda gəzərək göyərçinləri yemləməyi davam etdirdi, ancaq tez-tez onun üçün göndəriş aktı alırdılar.

İstiqamətləndirilmiş enerji silahı

Əsas məqalə: Teleforce
Həyatının sonrakı illərində Tesla Van de Qraff generatorunu öyrəndikdən sonra, "teleforce[en]" silahı ilə bağlı iddiaları ilə çıxış etmişdir.[122][123] Mətbuat dəyişkən olaraq bunu ölüm şüası və ya "sülh şüası" adlandırır.[124][125] Tesla bu silahı yerüstü piyada əleyhinə və ya zenit məqsədlər üçün istifadə etməyə qadir bir silah kimi xarakterizə edib.
Tesla hissəciklərin atəş əməliyyatı ilə bağlı aşağıdakı təsvirini verir.
"Ucluğa böyük enerji kimi çoxlu hava vasitəsilə hissəciklərin cəmləşmiş şüaları göndərəcək, onlar hazırkı ölkə sərhəddindən 200 mil məsafədə 10000 düşmən təyyarəsinin hava donanmasını vurub yerə salacaq və öz izləri ilə orduların məhvinə səbəb olacaqdır.[126][127]"
Ümumilikdə, silahın tərkibinə və üsullarına aşağıdakılar daxildir:
  • Yüksək vakuum əvəzinə sərbəst havada enerji hasil edən aşkara çıxmalar üçün aparat
  • Böyük elektrik qüvvəsi almaq üçün mexanizm
  • İkinci mexanizm ilə böyüdülmüş qüvvənin gücləndirilməsi və intensivləşdirilməsi yolu
  • Hasil olunan böyük elektrik qüvvəsini dəf etmək üçün yeni üsul. Bu üsul ixtiranın silah və ya proyektoru ola bilərdi.
Tesla 1900-cü illərdən ölənə qədər istiqamətləndirilmiş enerji silahının planları üzərində işləyib.[131][132]
1937-ci ildə onun şərəfinə verilən naharda ölüm şüası ilə bağlı, Tesla bildirib: "Amma bu eksperiment deyil ... Mən bunu yaratmışam, nümayiş etdirmişəm və istifadə etmişəm. Ancaq bir qədər zaman keçəndən sonra bunu dünyaya verə bilərəm." Onun hesabatları göstərir ki, qurğu yüksək gərginlik vasitəsilə sürətləndirilmiş kiçik volfram kürəciklərinin dar axınına əsaslanır (özünün böyüdücü ötürücüsünə oxşar olan üsul ilə).[123]
Eyni il ərzində Tesla yüklənmiş hissəcikli şüa silahları ilə bağlı "Təbii media vasitəsilə enerjinin cəmlənmiş qeyri-dispersiya layihəsinin incəsənəti" (ing. The Art of Projecting Concentrated Non-dispersive Energy through the Natural Media)[133] adlı traktat yazdı. Tesla bütün müharibəyə son qoya biləcək super silahın texniki təsvirini aydınlaşdırmaq üçün təşəbbüslə sənəd dərc etdirib.[134] Bu traktat hazırda Belqradda Nikola Tesla Muzeyinin arxivindədir. Bu milyonlarla volt zərrəciklərin yüklənməsi və yönəldilmiş qeyri-dispersiya hissəciklərinin axını və yaradılması üsulu ilə (elektrostatik itələmə vasitəsilə), hissəciklərə çıxmağa imkan verən qaz axını plompu ilə açıq tipli vakuum borunu təsvir edir.[134] Tesla ikinci dünya müharibəsi zamanı təxminən 300 mil məsafədən təyyarələri vurub yerə sala biləcək belə bir silahı ABŞ Müdafiə Nazirliyinə,[135] Birləşmiş Krallığa, Sovet İttifaqına və Yuqoslaviyaya satmağa cəhd edib.[136]
Danışıqların aparıldığı dövrdə Tesla bildirib ki, ixtiranı oğurlamağa səy göstərilib. Onun otağına daxil olub və sənədləri diqqətlə araşdırıblar, ancaq oğru və ya casuslar evi əliboş tərk edib. Tesla bildirib ki, o vaxt olmadığından silahın bir hissəsini kağıza köçürmədiyinə görə onun ixtirasının oğurlanması üçün heç bir təhlükə yoxdur. Teleforce silahının layihəsi bütünlüklə onun şüurunda idi.

Ölümü


Tesla 86 yaşında 7 yanvar 1843-cü ildə Nyu Yorker Otelinin 3327-ci otağında vəfat etdi. İki gün əvvəl Tesla qapıya əhəmiyyət verməyərək "narahat etməyin" nişanı qoymuşdu. Onun meyiti sonradan Teslanın otağına daxil olarkən qulluqçu Alisa Monaxan tərəfindən tapılıb. Tibbi ekspert köməkçisi H.W. Wembly Teslanın bədəninə baxdıqdan sonra qərar çıxarıb ki, ölümə səbəb koronar tromboz olub.[18] Teslanın meyiti Medisonda Frank E. Kempbel Dəfn Evinə yerləşdirilib. Teslanın köhnə dostu və tərəfdaşı Huqo Qernsbeq ölüm maskasının yaradılması üçün heykəltəraşa tapşırıq vermişdi. Həmin maska bu gün Nikola Tesla Muzeyində nümayiş olunur.[18]
İki gün sonra FTB Tesla Amerika vətəndaşı olmasına baxamayaraq, Teslaya məxsus əşyaları[18] müsadirə etmək üçün Xarici Əmlak İdarəsinə göstəriş verdi.[138] Nyu Yorker Oteli və digər Nyu York şəhərinin otellərindən Teslanın bütün əmlakı Xarici Əmlak İdarəsinin möhürü altında Manhattan Storage and Warehouse Companyə daşındı.[18] MİT professoru və Milli Müdafiə Tədqiqatları Komitəsi üçün texniki köməkçi kimi yaxşı tanınan elektrik mühəndisi Con Corc Tramp Xarici Əmlak İdarəsinin mühafizəsi altında Teslanın əşyalarını analiz etmək üçün çağırıldı.[18] Üç gün davam edən araşdırmalardan sonra Tramp bu qənaətə qəlib ki, təhlükə yaradacaq heç nə yoxdur. Sitat:
"Ən azı son 15 il ərzində Teslanın fikirləri və səyləri ilk növbədə enerjinin simsiz ötürülməsi və istehsalı ilə tez-tez əlaqəli olan spekulyativ, fəlsəfi və bir az reklam xarakteri barəsində idi; amma bu nəticələrə nail olmaq üçün yeni, sağlam, işlək prinsiplər və metodlar daxil etməmişdi[139]."
Teslanın "ölüm şüası" hissəsini saxlamaq üçün nəzərdə tutulan qutuda Tramp 45 illik müqaviməti dəyişilə bilən qutu tapmışdı.
10 yanvar 1943-cü ildə Nyu-Yorkun meri Forello La Quardiya "Ave Maria" və "Tamo daleko" musiqilərinin fonunda WNYC radiosunda canlı yayım zamanı Sloveniya əsilli Amerikalı yazıçı Luis Adamiç tərəfindən yazılmış mədhiyyəni oxudu.[18] 12 yanvarda Müqəddəs Con İlahi Kilsəsində Teslanın dəfn mərasimində 2000 insan iştirak etdi. Dəfn mərasimindən sonra Teslanın meyiti Ardslidə yerləşən Fernkliff Qəbiristanlığına aparılıb və burada yandırlıb. Növbəti gün ikinci dəfn xidməti Nyu-Yorkda Müqəddəs Sava Serb Pravoslav Kilsəsinin tanınmış Serb keşişləri tərəfindən aparılıb.

Eidetik yaddaş

Nikola Tesla kitabları tam yadda saxlayaraq bir çox əsərlər oxuyurdu. O güman ki, fotoqrafik yaddaşa malik idi.[9] O poliqlot idi və səkkiz dildə danışa bilirdi: Serb-XorvatÇex,İngilisFransızAlmanMacarİtalyan və Latın.[13] Həyatının ilk illəri ərzində , Tesla zaman və zaman müxtəlif xəstəliklərə tutulurdu. O tez-tez qarabasmalarla müşayiət olunan gözlərinin önündə işığın gözqamaşdırıcı parlaqlığı kimi təzahür edən qəribə xəstəliklərdən əziyyət çəkirdi. O, tez-tez ideya və sözlərinə bağlı olan qarabasmalarla qarşılaşırdı. Sadəcə olaraq, əşyanın adını eşitməklə, Tesla real təfərrüfatı ilə onu təsəsvvür edə bilərdi. Tesla ifrat dəqiqliklə , o cümlədən bəzən vizual təfəkkür kimi məlum olan texnika, quruluş mərhələsinə keçənədək bütün ölçülər daxil olmaqla , ixtirasını fikrən təsəvvür edə bilərdi. O, adəti üzrə əl ilə çertyojlar çəkməyib, ancaq yaddaşında çalışıb. Tesla uşaqlıq həyatında əvvəllər baş verən hadisələri tez-tez xatırlayırdı.[9]

Yuxu vərdişləri

Tesla heç vaxt iki saatdan çox yatmadığını bildirirdi.[13]:46 Lakin Tesla etriaf edirdi ki, zaman və zaman öz enerjisini bərpa etmək üçün mürgüləyirdi.
Qratsda təhsilinin ikinci ili zamanı Teslada bilyarda, şahmat və kart oyunlarına böyük maraq yaranır (və bu oyunlarda çox təcrübəli oldu). Bəzən 48 saatdan çox vaxtını oyun masası arxasında keçirirdi.[13]:43, 301 Bir dəfə Tesla öz laboratoriyasında yuxu və ya istirahət etmədən 84 saat ərzində çalışıb.[13]:208 Tesla ilə dostlaşan jurnalist Kennet Svizi təsdiq edir ki, Tesla nadir hallarda yatırdı. Svizi bir səhər Teslanın onu gecə saat üçdə çağırdığını xatırlayır.
"Mən bir ölü kimi otağımda yatırdım ... Birdən telefon zəngi məni oyatdı ... Tesla qızğın şəkildə aramla danışırdı. O başqa bir nəzəriyyə ilə müqayisə etdiyi məsələni həll edirdi. O, hiss edəndə ki həll yolunu tapıb qəflətən telefonu söndürdü.

Ədəbi işlər

Teslanın 150-illik yubileyi şərəfinə buraxılmış Serbiya sikkəsi
Tesla qəzet və jurnallar üçün bir sıra kitab və məqalələr yazırdı.[187] Onun kitablarının arasında Ben Conston tərəfindən tərtib və redaktə edilmiş Mənim Kəşflərim: Nikola Teslanın Avtobioqrafiyası (ing. My Inventions: The Autobiography of Nikola Tesla), Devid Xetçer Çildress və The Tesla Papers tərəfindən tərtib edilmiş Nikola Teslanın Fantastik Kəşfləri (ing. The Fantastic Inventions of Nikola Tesla) kitabları var.
Öz kitabında nəşr olunmuş Kəşflər, Tətqiqatlar və Nikola Teslanın Yazıları "Yüksək Potensialda və Yüksək Tezlikdə Dəyişən Cərəyan Təcrübələri" məqaləsi və 1900-cü ildə The Century Magazinedə nəşr olunmuş[190][191] "Bəşəri Enerjinin Artırılmasının Problemləri" məqaləsi daxil olan Nikola Teslanın yazılarının bir çoxu azad şəkildə internetdə yerləşdirilib.

İrsi və xatirəsi

Teslanın irsi kitablar, filmlər, radio, televiziya, musiqi, canlı teatr, komikslər və video oyunlarda yaşayır. Tesla tərəfindən kəşf olunmuş və ya nəzərdə tutulmuş texnologiyaların təsiri elmi fantastikanın bir neçə növündə daimi mövzulardan biridir.
Məsələn, 1931-ci ildə Teslanın 75 yaşı oanda, Time jurnalı üz qabığı kimi Teslanın şəkli qoyub.[194] Örtük şəklində elektrik enerjisi hasilatında verdiyi töhfələrə görə “Bütün dünya onun enerji evidir” yazısı qeyd olunub. O Albert Eynşteyndə daxil olmaqla 70-ə yaxın alim və mühəndisdən təbrik məktubu almışdı.

16 Eylül 2017 Cumartesi

Bəxtiyar Vahabzadə

                            Bəxtiyar Vahabzadə

Vahabzadə Bəxtiyar Mahmud oğlu (16 avqust,1925 – 13 fevral2009) — görkəmli azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (D.EMIN TEREFINDEN1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (19952000), “İstiqlal” ordeni ilə təltif olunmuşdur (1995).
Bəxtiyar Vahabzadə
Bəxtiyar Vahabzadə.jpg
Doğum tarixi16 avqust 1925
Doğum yeriŞəki şəhərinin gerbi.pngŞəkiFlag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSRFlag of the Soviet Union.svg SSRİ
Vəfatı13 fevral 2009 (83 yaşında)
Vəfat yeriBaku seal.PNGBakıAzərbaycan Respublikası,
VətəndaşlıqFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyətiazərbaycanlı
İstiqamətŞairdramaturq, ədəbiyyatşünas
MükafatlarıSSRİ dövlət mükafatı — 1984 Azərbaycan SSR dövlət mükafatı — 1976
"İstiqlal" ordeni
"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)

Həyatı

Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilisfransızalmanfarstürkpolyakispanmacar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir
Oğlu İsfəndiyar Vahabzadə Azərbaycan Respublikasının Belarusdakı səlahiyyətli və fövqəladə səfiri işləyir.

Ədəbi Şəxsiyyəti

Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin mazmunlarla izah etmişdir.
Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.

Əsərləri

  • 1. Mənim dostlarım. Bakı: Azərnəşr, 1949, 65 səh.
  • 2. Bahar. Bakı: Uşaqgəncnəşr, 1950, 49 səh.333666
  • 3. Ədəbi heykəl. Bakı: Azərnəşr, 1951, 60 səh.
  • 4. Dostluq nəğməsi. Bakı: Uşaqgəncnəşr, 1953, 63 səh.
  • 5. Çinar. Bakı: Uşaqgəncnəşr, 1956, 62 səh.
  • 6. Sadə adamlar (poema). Bakı: Azərnəşr, 1956, 124 səh.
  • 7. Xalq şairi Səməd Vurğun. Bakı: ADU-nun nəşriyyatı, 1956, 129 səh.
  • 8. Ceyran. Bakı: Uşaqgəncnəşr, 1957, 163 səh.
  • 9. Aylı gecə. Bakı: Azərnəşr, 1958, 127 səh.
  • 10.Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1959, 89 səh.
  • 11.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1961, 273 səh.
  • 12.Etiraf; Şəbi hicran. Bakı: Uşaqgəncnəşr, 1962, 187 səh.
  • 13.İnsan və zaman. Bakı: Azərnəşr, 1964, 228 səh.
  • 14.Bir ürəkdə dörd fəsil. Bakı: Azərnəşr, 1966, 236 səh.
  • 15.Seçilmiş əsərləri. Bakı: Gənclik, 1967, 411 səh.
  • 16.Səməd Vurğun. Bakı: Azərnəşr, 1968, 346 səh.
  • 17.Köklər-budaqlar. Bakı: Gənclik, 1968, 134 səh.
  • 18.Dəniz-sahil. Bakı: Gənclik, 1969, 142 səh.
  • 19.Dörd yüz on altı. Bakı: Gənclik, 1970, 133 səh.
  • 20.Bir baharın qaranquşu. Bakı: Gənclik, 1971, 168 səh.
  • 21.Dan yeri. Bakı: Gənclik, 1973, 260 səh.
  • 22.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Azərnəşr, 1974, 283 səh.
  • 23.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Azərnəşr, 1975, 250 səh.
  • 24.Sənətkar və zaman. Bakı: Gənclik, 1976, 298 səh.
  • 25.Açıq söhbət. Bakı: Gənclik, 1977, 173 səh.
  • 26.Sadəlikdə böyüklük. Bakı: Yazıçı, 1978, 335 səh.
  • 27.Açılan səhərlərə salam. Bakı: Yazıçı, 1979, 230 səh.
  • 28.Pyeslər. Bakı: Gənclik, 1980, 355 səh.
  • 29.Payız düşüncələri. Bakı: Yazıçı, 1981, 365 səh.
  • 30.Muğam. Bakı: Yazıçı, 1982, 132 səh. (ərəb əlifbası ilə)
  • 31.Vətən ocağının istisi. Bakı: Gənclik, 1982, 181 səh.
  • 32.Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Yazıçı, 1983, 425 səh.
  • 33.Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Yazıçı, 1984, 448 səh.
  • 34.Səməd Vurğun. Bakı: Gənclik, 1984, 377 səh.
  • 35.Özümüzlə söhbət. Bakı: Azərnəşr, 1985, 264 səh.
  • 36.Dərin qatlara işıq (məqalələr). Bakı: Yazıçı, 1986, 318 səh.
  • 37.Axı dünya fırlanır. Bakı: Yazıçı, 1987, 204 səh.
  • 38.Gəlin açıq danışaq. Bakı: Azərnəşr, 1988, 210 səh.
  • 39.Lirika. Bakı: Azərnəşr, 1990, 214 səh.
  • 40.Ümidə heykəl qoyun. Bakı: Yazıçı, 1993, 124 səh.
  • 41.Vətəndaş. Bakı: Gənclik, 1994,
  • 42.Fəryad. Bakı: Azərbaycan, 1995,
  • 43.Körpü çaydan uzaq düşüb. Bakı: Azərbaycan, 1996,
  • 44.Bir ömür yuxu. Bakı: Azərbaycan, 1998,
  • 45.İstiqlal. Bakı: Gənclik, 1999,
  • 46.Ağıl başqa, ürək başqa. Bakı: Azərbaycan, 2000,
  • 47.Ağ atlı oğlan. Bakı: Təhsil, 2002,
  • 48.Əsərləri (I c.). Bakı: Azərbaycan, 2001, 544 səh.
  • 49.Əsərləri (II c.). Bakı: Azərbaycan, 2002, 576 səh.
  • 50.Əsərləri (III c.). Bakı: Azərbaycan, 2002,512 səh.
  • 51.Əsərləri (IV c.). Bakı: Çaşıoğlu, 2002, 608 səh.
  • 52.Əsərləri (V c.). Bakı: Çaşıoğlu, 2002, 504 səh
  • 53.Ana hədiyəsi

Ömər Xəyyam

                                 Ömər Xəyyam Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri  ( fars   عُمَر خَیّام نیشابوری ); ...